Pleyeri seçin:

Ermənipərəst politoloq zəfərimizdən danışdı: İlham Əliyevlə bağlı etiraf

16 oktyabr 2023 414 baxış

“Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə, həmçinin Tərtər rayonundakı Sərsəng su anbarının ərazisində və Ağdərədə ölkəsinin bayraqlarını sancıb. Qondarma rejim infrastrukturunun son qalıqları aradan qaldırıldıqdan sonra Qarabağın Azərbaycan dövlətinə inteqrasiyası prosesi başladı və bu prosesdə simvollar əsas elementdir”.

Bunu rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib.

“Azərbaycanın hazırkı Prezidenti ilk dəfə 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də seçilib. Qeyd edirəm ki, heç də 99,9% səviyyəsinə yaxın bir nəticə ilə deyil. O zaman cəmi 79,46% səs topladı. Onda İ.Əliyev çoxlarına ancaq böyük atanın varisi kimi görünürdü. Bununla belə, İlham Əliyev bütün sonrakı siyasi karyerası boyunca “istedadlı ailənin istedadsız uşaqları olur” stereotipini məhv etdi.

Həm daxili siyasi, həm də beynəlxalq aləmdə özünü güclü mübariz kimi göstərərək. Təbii ki, burada söhbət təkcə şəxsi keyfiyyətlərdən getmir. Bakıya bir çox amillər təsir etdi: Ermənistan daxilində Qarabağ faktorunun özünün yenidən qiymətləndirilməsi, bu ölkədə siyasətçi nəsillərin dəyişməsi, Rusiya və Qərbin Azərbaycana, onunla münasibətlərə marağı, eləcə də Azərbaycan müxalifəti arasında parlaq liderlərin və cəlbedici ideyaların olmaması. Ancaq mövcud vəziyyətdən yararlanmağı bacarmaq lazımdır. Buna görə də şəxsi amil kiçildilməməlidr.

Qarabağın inteqrasiyasından danışanda nüansları aydınlaşdırmaq lazımdır. Bu, insanların deyil, torpağın inteqrasiyası olacaq. Bütöv Azərbaycan quruculuğu ermənilərin iştirakı olmadan baş tutacaq. Təbii ki, onların kiçik bir hissəsinin Qarabağa qayıtması mümkündür, lakin bu, artıq böyük bir cəmiyyət olmayacaq ki, onunla müəyyən xüsusi qaydaları müzakirə etmək lazım olsun.

Etnik azərbaycanlılar Ermənistan SSR-in qurulmasına töhfə verdikləri kimi, ermənilər də Azərbaycan SSR-in qurulmasına töhfə veriblər. Lakin Sovet İttifaqının dağılmasından sonra “dövlət-millət” deyil, “millət-dövlət” layihələri tələb olunmağa başladı. Stepanakert artıq yoxdur, Xankəndi olacaq. Bu sadəcə toponimik mərhələlərin dəyişməsi deyil. Burada simvolik güc meydana çıxır. Stepanakert Bakı Kommunasının lideri, bolşevik-leninçi və beynəlmiləlçi Stepan Şaumyanın (1878-1918) şərəfinə adlandırılmışdı. Bütövlükdə keçmiş SSRİ-də, xüsusən də Cənubi Qafqazda beynəlmiləlçilik bu gün dəbdə deyil”, – o bildirib.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 414 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 414 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 414 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 414 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 414 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 414 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 414 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 414 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 414 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 414 baxış
Seçilmişlər
icon