Ermənistan bir daha yenildi
“Qarabağın Azərbaycan olduğunu bütün dünya qəbul edir, Azərbaycanın güclü ordusu, tərəfdaşları, iqtisadiyyatı və cəmiyyəti var. Ona görə də erməni siyasətçilər gələcəyə, Rusiya sülhməramlılarının 2025-ci ildə regionu tərk edəcəyinə dəhşətlə baxırlar”.
Bunu rusiyalı politoloq Sergey Markov 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də baş tutan görüşün nəticələrini şərh edərkən bildirib və qeyd edib ki, Ermənistan bir daha yenildi.
S.Markovun sözlərinə görə, Ermənistan Rusiyanın moderator rolunu Fransa, Avropa İttifaqı, yaxud ABŞ-nin əvəz etməsini istəyir, amma Azərbaycan buna razı olmayacaq.
“Laçın və Zəngəzur dəhlizində Azərbaycan buraxılış məntəqələrinin qoyulması tələbi də doğrudur. Ermənistan buna hazır deyil, amma qəbul etməyə məcbur olacaq”, - deyə o əlavə edib.