Pleyeri seçin:

Ermənistan bu tələblərlə əsl niyyətini gizlədir | Elçin Əmirbəyovdan açıqlama

10 oktyabr 2024 322 baxış

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “TV Berlin” telekanalına müsahibə verib.

E.Əmirbəyov müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsi ilə bağlı fikirlərini bölüşüb.

O vurğulayıb ki, Ermənistanın yarımçıq, tamamlanmamış sülh sazişi mətni imzalamaq üçün irəli sürdüyü tələblər beynəlxalq ictimaiyyəti aldatmağa və həqiqi niyyətlərini gizlətməyə çalışmaqdan başqa bir şey deyil.

E.Əmirbəyovun sözlərinə görə, əvvəlcədən reallığa uyğun olmayan təkliflərin irəli sürülməsi, həm danışıqlar prosesini uzatmaq, həm də nəticə əldə edilmədiyi üçün məsuliyyəti Azərbaycanın üzərinə atmaq cəhdidir.

Prezidentin xüsusi nümayəndəsi Ermənistanın hərbi güclənməyə doğru yönələn kursunu və beynəlxalq arenada diplomatik qarşıdurmasını da diqqətə çatdırıb. Bildirib ki, bu, Ermənistanın normallaşma prosesini süni şəkildə uzatmaq istəyini göstərir.

O qeyd edib ki, Ermənistanın müttəfiqləri tərəfindən aldığı iqtisadi, diplomatik və hərbi dəstək “komfort zonasının” yaranmasına səbəb olur, bu isə İrəvanı danışıqlarda aktiv iştirak motivasiyasından məhrum edir və normallaşma prosesinin perspektivlərinə təhlükə yaradır.

E.Əmirbəyov vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarına qarşı davam edən ərazi iddiaları həll olunmadığı təqdirdə, qarşıdurmanın əsas səbəbini aradan qaldırmaq və iki ölkə arasında davamlı, etibarlı və geri dönüşsüz bir sülhə nail olmaq mümkün olmayacaq:

“Top Ermənistanın tərəfindədir. Ümid edirik ki, Ermənistan münasibətlərimizdə faciəli səhifəni birdəfəlik çevirmək üçün tarixi şansı əldən verməyəcək”.

Daşkənddə “İslam sivilizasiyası” beynəlxalq media forumu keçirilir - Baku TV

Daşkənddə “İslam sivilizasiyası” beynəlxalq media forumu keçirilir - Baku TV

Siyasət
25 avqust 2026 322 baxış
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi hansı sahələr hesabına artırıla bilər? - Baku TV

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi hansı sahələr hesabına artırıla bilər? - Baku TV

Siyasət
25 avqust 2026 322 baxış
Özbəkistanda tarixi forum | Keçmişin xəzinələri, gələcəyin kəşfləri - Baku TV

Özbəkistanda tarixi forum | Keçmişin xəzinələri, gələcəyin kəşfləri - Baku TV

Siyasət
25 avqust 2026 322 baxış
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən görüntülər - Baku TV

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən görüntülər - Baku TV

Siyasət
24 avqust 2026 322 baxış
İlham Əliyev və birinci xanım "Poyi-Kalon" kompleksi ilə tanış olublar - Baku TV

İlham Əliyev və birinci xanım "Poyi-Kalon" kompleksi ilə tanış olublar - Baku TV

Siyasət
24 avqust 2026 322 baxış
Buxaranın sənət xəzinəsi | Leyla Əliyeva Biennalesinin əsərləri ilə tanış olub - Baku TV

Buxaranın sənət xəzinəsi | Leyla Əliyeva Biennalesinin əsərləri ilə tanış olub - Baku TV

Siyasət
24 avqust 2026 322 baxış
Paşinyan Qarabağla bağlı keçmiş yanaşmanın Ermənistanı pis vəziyyətə saldığını dedi - Baku TV CANLI

Paşinyan Qarabağla bağlı keçmiş yanaşmanın Ermənistanı pis vəziyyətə saldığını dedi - Baku TV CANLI

Siyasət
24 avqust 2026 322 baxış
İlham Əliyev Buxarada maraqlı mərasimlə qarşılandı - Baku TV

İlham Əliyev Buxarada maraqlı mərasimlə qarşılandı - Baku TV

Siyasət
24 avqust 2026 322 baxış
Prezidentin sosial media hesablarında Buxaradan video paylaşılıb - Baku TV

Prezidentin sosial media hesablarında Buxaradan video paylaşılıb - Baku TV

Siyasət
24 avqust 2026 322 baxış
Azərbaycanın şərti qəbul edilir: Ermənistanda yeni dövr başlayır - AKTUAL GÜNDƏM

Azərbaycanın şərti qəbul edilir: Ermənistanda yeni dövr başlayır - AKTUAL GÜNDƏM

Siyasət
24 avqust 2026 322 baxış
Seçilmişlər
icon