Pleyeri seçin:

Ermənistan buna izahat versin ki... | XİN-dən kəskin reaksiya

19 iyun 2024 145 baxış

Kütləvi silahlanma siyasətinin Ermənistanın suveren hüququ olması barədə iddia ilə əlaqədar qeyd edək ki, Ermənistan tərəfindən bu addımların atılmasının nəyə görə qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə məlumdur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən, öz təcavüzkar əməllərini məhz Azərbaycanın atdığı addımlar nəticəsində dayandıran Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır:

“1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 30 ildən artıq müddətdə nəyə görə bu razılıqlara əməl etmədiyinə, sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi daha yaxşı olardı.

Heç bir sərhəd tanımayan Ermənistanın Azərbaycan hərbçilərinin 30 ildən sonra yerləşdiyi mövqeləri delimitasiya olmadan öz kəndlərinin əraziləri kimi təqdim etməsi və Azərbaycanı işğalda təqsirləndirməsi absurddur.

Guya sülhü dəstəkləyən və Ermənistanın məhz müdafiə qabiliyyətini artırmağa yönəlmiş bəyanatlarına zidd olaraq Ermənistanın ölümcül hücum silahları ilə təchiz edilməsində yarışan Fransa kimi ölkələrin Ermənistanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir.

Bu siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini nəzərə alaraq, nə qədər ki gec deyil, bu addımlardan çəkinilməsi əhəmiyyət kəsb edir.

Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır”.

XİN-in məlumatında o da bildirilib ki, qeyd edilənləri nəzərə alaraq bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur.

“Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik.

Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir”, – deyə rəsmi Bakının Ermənistana cavabında qeyd olunub.

5.1 milyard dollarlıq müdafiə büdcəsi: Ordumuzun real döyüş gücü nə qədərdir? | HƏRBİ XRONİKA

5.1 milyard dollarlıq müdafiə büdcəsi: Ordumuzun real döyüş gücü nə qədərdir? | HƏRBİ XRONİKA

Siyasət
15 dekabr 2025 145 baxış
Türkiyə Ermənistanla sərhədləri hansı şərtlə açacaq? | İrəvana vacib mesaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Türkiyə Ermənistanla sərhədləri hansı şərtlə açacaq? | İrəvana vacib mesaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
15 dekabr 2025 145 baxış
"El-obanın tarixini, adət-ənənələrini gənclərə çatdırırıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"El-obanın tarixini, adət-ənənələrini gənclərə çatdırırıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
15 dekabr 2025 145 baxış
Berlin danışıqları müharibənin taleyini həll edəcək? - Baku TV

Berlin danışıqları müharibənin taleyini həll edəcək? - Baku TV

Siyasət
15 dekabr 2025 145 baxış
İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV

İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV

Siyasət
15 dekabr 2025 145 baxış
İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV CANLI

İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV CANLI

Siyasət
15 dekabr 2025 145 baxış
Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb - Baku TV

Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb - Baku TV

Siyasət
15 dekabr 2025 145 baxış
Zelenski və ABŞ rəsmiləri arasında Almaniyada məxfi görüş - Baku TV CANLI

Zelenski və ABŞ rəsmiləri arasında Almaniyada məxfi görüş - Baku TV CANLI

Siyasət
15 dekabr 2025 145 baxış
UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib

UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib

Siyasət
15 dekabr 2025 145 baxış
Kreml Bakıya hansı mesajı verir və bu mesaj kimlərə hesablanıb? - AKTUAL GÜNDƏM

Kreml Bakıya hansı mesajı verir və bu mesaj kimlərə hesablanıb? - AKTUAL GÜNDƏM

Siyasət
15 dekabr 2025 145 baxış
Seçilmişlər
icon