Ermənistan fərqli bölgələrdəki erməniləri Qərbi Azərbaycana yerləşdirir | Qərbi Azərbaycan Xronikası
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Ermənistan müxtəlif bölgələrdəki erməniləri Qərbi Azərbaycana yerləşdirir” adlı süjetdə Azərbaycanla Ermənistan arasında sərhədlərin hələ müəyyənləşmədiyi, iki ölkə arasında 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, atəşkəslə bağlı razılıq əldə edildiyi, rəsmi İrəvanın iddiası və təkidinə baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sərhədlər müəyyənləşmədiyi üçün regiona qüvvə yeritməkdən imtina etdiyi qeyd olunur.
Bildirilib ki, sərhədyanı bölgədə 1988-ci ilədək azərbaycanlılar yaşayıblar:
“Bu ərazi Qərbi Azərbaycandır. Oranın sakinləri 35 il əvvəl silah gücü ilə Ermənistan vətəndaşlığından məhrum ediliblər. İndi həmin ərazidə Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyası yerləşir.
Regiona humanitar məqsədlə gəldiklərini iddia edən missonerlər Qərbi Azərbaycan ərazisində iki ofis açıblar. Onlardan biri Zəngəzur mahalının Gorus, o biri isə Qafan rayonunda yerləşir. Hazırda Qafan, Aşağı Qaranlıq, Cermukla yanaşı, Karvansara və Keşişkənd bölgələri daxil olmaqla, daha altı rayonda belə məntəqə açılıb”.