Ermənistan hansı böyük layihədən kənarda qala bilər? | Erməni iqtisadçıdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan “Şimal-Cənub” meqaproqramından sıxışdırılır. Təəssüf ki, belə böyük layihədən kənarda qalacağıq”.
Bunu erməni enerji təhlükəsizliyi üzrə ekspert, iqtisadçı Vahe Davtyan deyib.
İqtisadçı artıq bu məsələdə Moskva və Tehranın da fikrinin bəlli olduğunu deyib:
“İranın Energetika Nazirliyi İran-Azərbaycan-Rusiya elektrik dəhlizinin tikintisinin başa çatmaq üzrə olduğunu elan edib. Bu, tərəflərə elektrik enerjisinin geri axınını təmin etmək imkanı yaradır. Beləliklə, Ermənistan “Şimal-Cənub” meqaproqramından kənarda qoyulur. Proses tamamilə Rusiya və İranın geoiqtisadi maraqlarına uyğun həyata keçirilir ki, onların da mövqeyi aydındır. Yəni biz bu məsələdə də Azərbaycana uduzduq.
Nəzərə almaq lazımdır ki, regionun enerji-nəqliyyat arxitekturası artıq formalaşıb, onun əsasında bütün digər proqramlar dəstəklənir. “Orta dəhliz” buna əyani sübutdur. Ermənistanın enerjisinə və geoiqtisadi tərəqqiyə əhəmiyyətli töhfə verə biləcək yeganə layihə “Şimal-Cənub” elektrik ötürücü dəhlizdir. Lakin gördüyümüz kimi, biz faktiki olaraq oradan sıxışdırılırıq”.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
