Siyasət
Pleyeri seçin:

Ermənistan məğlub tərəf olsa da... | XİN-dən iftiralara sərt reaksiya

19 sentyabr 2024

“Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının tərk-silah edilərək ölkəmizin Qarabağ iqtisadi rayonundan tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinin Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” kimi qələmə verilməsi qəbuledilməzdir”.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin sentyabrın 19-da yaydığı bəyanata dair şərhində yer alıb.

A.Hacızadə həmçinin qeyd edib: “Sülhpərvər ölkə olduğunu iddia etməsinə baxmayaraq, Ermənistan tərəfindən Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın “Dağlıq Qarabağ” kimi qondarma adlarla çağırılması Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hörmətsizliyin bariz nümunəsidir”.

“Ötən ilin 19-20 sentyabr tarixləri arasında Silahlı Qüvvələrimiz tərəfindən cəmi 24 saatdan az bir müddətdə öz suveren ərazilərimizdə aparılan antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə həyata keçirilib”, – deyə o əlavə edib.

A.Hacızadə bildirib ki, Ermənistanın 2020-ci il Vətən müharibəsində düçar olduğu məğlubiyyətə və qəbul etdiyi öhdəliklərə baxmayaraq və 2023-cü ilədək keçən üç ilə yaxın müddət ərzində öhdəliklərinə zidd şəkildə, nəinki öz qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmadığı, hətta Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürdüyü məlum idi. Ölkəmizə qarşı mina terrorunu davam etdirən Ermənistan zaman keçdikcə onun daha geniş vüsət almasına rəvac verirdi.

“Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan Ermənistanın heç bir çərçivəyə sığmayan bu kimi davranışlarının qarşısının alınması əsas şərtlərdən idi”, – deyə XİN sözçüsü bildirib.

A.Hacızadə qeyd edib ki, Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəf alınmayıb, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarılıb. Yaşayış yerlərini tərk etməmək barədə Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına, tətbiq etdiyi reinteqrasiya proqramına baxmayaraq, erməni sakinlər Azərbaycan ərazilərini tərk etmək barədə qərar veriblər:

“Bu onların azad seçimi idi və bunu “etnik təmizləmə” kimi qələmə vermək, Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıları kütləvi şəkildə qovan, soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın riyakarlığını nümayiş etdirir”.

İrandakı ruslara təcili çağırış | Paşinyan yenə qaçdı? | İsraildən Ərdoğana cavab - SALAM BAKU

İrandakı ruslara təcili çağırış | Paşinyan yenə qaçdı? | İsraildən Ərdoğana cavab - SALAM BAKU

Siyasət
11 oktyabr 2024
Azərbaycanın hansı təşəbbüsünü ölkələr dəstəklədi? | XİN məlumat yaydı

Azərbaycanın hansı təşəbbüsünü ölkələr dəstəklədi? | XİN məlumat yaydı

Siyasət
11 oktyabr 2024
102-ci hərbi baza ləğv oluna bilər? | BAKU ANALİTİK

102-ci hərbi baza ləğv oluna bilər? | BAKU ANALİTİK

Siyasət
10 oktyabr 2024
Rusiya təklif etdi, amma... | Görüşün keçirilməsini istəməyən hansı tərəfdir?

Rusiya təklif etdi, amma... | Görüşün keçirilməsini istəməyən hansı tərəfdir?

Siyasət
10 oktyabr 2024
Azərbaycan və Belarus hərbi ekspertləri bir arada | Nələr müzakirə edildi?

Azərbaycan və Belarus hərbi ekspertləri bir arada | Nələr müzakirə edildi?

Siyasət
10 oktyabr 2024
Paşinyan Moskvada hansı məsələdə susdu? | Şarmazanovdan qalmaqallı açıqlama

Paşinyan Moskvada hansı məsələdə susdu? | Şarmazanovdan qalmaqallı açıqlama

Siyasət
10 oktyabr 2024
"Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasət azərbaycanlıların qayıdışına zəmin yaradacaq"

"Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasət azərbaycanlıların qayıdışına zəmin yaradacaq"

Siyasət
10 oktyabr 2024
Enerji təhlükəsizliyini istəyənlər bunu etməlidir | Rusiyanın zərərlə işləyən şirkətinin adı

Enerji təhlükəsizliyini istəyənlər bunu etməlidir | Rusiyanın zərərlə işləyən şirkətinin adı

Siyasət
10 oktyabr 2024
HƏMAS-ın fəaliyyətinə müdaxilə etmirik - Küveyt səfirindən vacib açıqlamalar | RƏSMİLƏR

HƏMAS-ın fəaliyyətinə müdaxilə etmirik - Küveyt səfirindən vacib açıqlamalar | RƏSMİLƏR

Siyasət
10 oktyabr 2024
BMT rəsmisi Bakıda çağırış etdi | Beynəlxalq səviyyədə təhlükəsizlik üçün...

BMT rəsmisi Bakıda çağırış etdi | Beynəlxalq səviyyədə təhlükəsizlik üçün...

Siyasət
10 oktyabr 2024
Seçilmişlər
icon