Siyasət
Pleyeri seçin:

Ermənistan ordusunun Qarabağda mövcudluğu davam edir

30 iyun 2023

“Qisas-2” əməliyyatı nəticəsində Qarabağda qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Azərbaycan tərəfi humanizm prinsiplərindən çıxış edərək həmin cəsədlərin Ermənistana qaytarılmasını təmin edəcək və bu istiqamətdə sülhməramlılarla müvafiq təmaslar davam edir.

Özlərinin də etiraf etdiyi kimi, məhv edilən hərbçilərdən ikisi Ermənistan Silahlı Qüvvələrinin hərbçiləridir. Bu fakt bir daha sübut edir ki, Nikol Paşinyan və digər rəsmilər nə qədər inkar etməyə çalışsalar da, Ermənistan Ordusunun Qarabağda fiziki mövcudluğu davam edir.

Təbii ki, baş verənlər Paşinyan hökumətinin riyakar siyasətinin nəticəsidir. Üzdə sülh müqaviləsinin imzalanmasında maraqlı olduqlarını, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını desələr də, əməldə əks mövqe tutur və hərbi-siyasi təxribatları davam etdirirlər. Halbuki üçtərəfli bəyanatın ən vacib müddəalarından biri Rusiya sülhməramlılarının bölgəyə daxil olması ilə paralel şəkildə qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxarılması idi. Amma bu müddəa indiyə qədər təmin olunmur və bu, sülhməramlıların gözü qarşısında baş verir. Yəni həmin müddəa rəsmi Moskva ilə İrəvan tərəfindən kobudcasına pozulur, hər iki ölkə bu sənədin legitimsizləşdirilməsi üçün əlindən gələni edir.

Bütün bunlara görə məsuliyyət Rusiya və Ermənistanın üzərinə düşür, çünki sənəddə bu ölkələrin rəhbərlərinin imzası var. Bəzi məlumatlar onu deməyə əsas verir ki, qanunsuz hərbi birləşmələr yeni təxribatlar hazırlayır və bu, rus sülhməramlıların səssiz müşayiəti ilə baş verir. Azərbaycan isə baş verə biləcək istənilən təxribata səssiz qalmayacaq. Silahlı Qüvvələrimiz tərəfindən “Qisas-3” əməliyyatı qaçılmaz olacaq. Çünki biz öz ərazilərimizdə qanunsuz silahlı birləşmələrin mövcudluğunu qəbul etməyəcəyik. 

Ağır ittihamlara baxmayaraq, Durov niyə azadlığa buraxıldı? | Detallar açıqlandı

Ağır ittihamlara baxmayaraq, Durov niyə azadlığa buraxıldı? | Detallar açıqlandı

Siyasət
29 avqust 2024
Naxçıvanın atəşə tutulması Qərbin buna cavabıdır | Türk generaldan sensasiya

Naxçıvanın atəşə tutulması Qərbin buna cavabıdır | Türk generaldan sensasiya

Siyasət
29 avqust 2024
Azərbaycanda saxlanılan əcnəbilərin hüquqları necə qorunur?

Azərbaycanda saxlanılan əcnəbilərin hüquqları necə qorunur?

Siyasət
29 avqust 2024
Paşinyanın bu qərarı Ermənistanda qalmaqal yaratdı | Konstitusiya dəyişilir?

Paşinyanın bu qərarı Ermənistanda qalmaqal yaratdı | Konstitusiya dəyişilir?

Siyasət
29 avqust 2024
İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul etdi

İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul etdi

Siyasət
29 avqust 2024
Bu razılaşma elə olacaq ki... | Zaxarova İranın Zəngəzur mövqeyindən danışdı

Bu razılaşma elə olacaq ki... | Zaxarova İranın Zəngəzur mövqeyindən danışdı

Siyasət
29 avqust 2024
Təyyarəmiz Balıkesir-Edremit istiqamətindəki yanğınlara cəlb olundu

Təyyarəmiz Balıkesir-Edremit istiqamətindəki yanğınlara cəlb olundu

Siyasət
29 avqust 2024
Rusiyanın qərarı necə nəticələnəcək? - Akopyandan dəhlizlə bağlı qalmaqallı açıqlama

Rusiyanın qərarı necə nəticələnəcək? - Akopyandan dəhlizlə bağlı qalmaqallı açıqlama

Siyasət
29 avqust 2024
Zaxarovadan erməniyə sərt cavab | Sülhə nə mane olur? | Peskov Kiyevi günahlandırdı - SALAM BAKU

Zaxarovadan erməniyə sərt cavab | Sülhə nə mane olur? | Peskov Kiyevi günahlandırdı - SALAM BAKU

Siyasət
29 avqust 2024
Zaxarovadan erməni jurnalistə sərt cavab | Niyə başqa dövlətin nümayəndəsinə…

Zaxarovadan erməni jurnalistə sərt cavab | Niyə başqa dövlətin nümayəndəsinə…

Siyasət
29 avqust 2024
Seçilmişlər
icon