Pleyeri seçin:

Ermənistan üçün fəlakət yaxınlaşır, yoxsa? | Mixaylovdan sensasiyalı açıqlama

14 fevral 2025 398 baxış

“Bunu başa düşmək lazımdır ki, Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləməsi hələ heç nə demək deyil. Bir çox ölkələr uzun müddət çalışırdılar ki, Avropa İttifaqına daxil olsunlar, onların sırasında Türkiyə də var. Lakin hələ ki sual altındadır”.

Bunu rusiyalı hərbi ekspert Yevgeni Mixaylov Ermənistan parlamentinin Avropa İttifaqına üzvlük prosesinin başlanılmasına dair qanun layihəsini birinci oxunuşda təsdiqləməsinə münasibət bildirərkən deyib.

O əlavə edib ki, Ermənistan rəhbərliyinin tam olaraq Qərbə doğru yönəlmə strategiyası Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında aparılan danışıqlardan sonra kəskin dəyişə bilər: “Ermənistan eyni vaxtda bir neçə stulda oturmaqla çoxşaxəli oyun oynamaq istəyir. Amma Rusiya bundan öncə də bir neçə dəfə bəyan edib ki, Ermənistan Avropa İttifaqına daxil olmaqla Avrasiya İqtisadi Birliyində olma imkanını birdəfəlik itirəcək. Bu isə Ermənistan üçün fəlakət deməkdir. Hazırda İrəvanda cərəyan edən proseslərin isə heç bir ciddi mənası yoxdur.

Avropa İttifaqının özünün hazırda Ukrayna məsələlərinə görə yetərincə problemi var və Ermənistana ayıracaq zamanı yoxdur. Nikol Paşinyan öz istəklərini dilə gətirir, buna uyğun hərəkət edir. Elə bilirdi ki, Rusiya buna qarşı çıxacaq, lakin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu Ermənistanın suveren hüququ adlandırdı. Sadəcə olaraq, diplomatik dildə danışıqlar gedir. Əslinə qalsa, Rusiya Ermənistanı milli maraqları daxilində saxlamaq məqsədilə Avrasiya İqtisadi Birliyindən çıxmasında maraqlı deyil. Baş verən beynəlxalq hadisələr Ermənistanda Paşinyanın devrilməsi və rusiyayönlü hökumətin hakimiyyətə gəlməsi ilə nəticələnə bilər”.

Y.Mixaylov vurğulayıb ki, əgər bu reallaşarsa, həmin hakimiyyət Azərbaycanla sülh müqaviləsi bağlayacaq və regionda sabitlik yaranacaq.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 398 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 398 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 398 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 398 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 398 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 398 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 398 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 398 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 398 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 398 baxış
Seçilmişlər
icon