Siyasət
Pleyeri seçin:

Ermənistan xəritədən silinə bilər, 3 il ərzində elə şeylər olacaq ki... | Korotçenkodan sensasiya

13 sentyabr 2024

“Ermənistan bu gün Qərbin əlində oyuncağa çevrilib. Bir tərəfdən Paşinyan qonşulara daimi ərazi iddialarından əl çəkməyin lazım olduğunu deyir, digər tərəfdən isə İrəvanın hərəkətləri Ermənistanın yenidən silahlandığını göstərir”.

Bu sözləri rusiyalı politoloq İqor Korotçenko deyib.

Politoloq əlavə edib ki, Ermənistanın son günlər Azərbaycanla sərhəddə atəşkəsi pozması ondan xəbər verir ki, Baş nazir Nikol Paşinyan heç də dediyi kimi sülh müqaviləsinin imzalanmasına can atmır:

“Ermənistanın Azərbaycana qarşı təcavüzlərini davam etdirməsi və böyük müharibə üçün lazım olan silah-sursat Qərb ölkələri tərəfindən çatdırılır. Ümid edirik ki, Azərbaycanın güclü diplomatiyasının, eləcə də vicdanlı ədalətli vasitəçi kimi Rusiyanın səyləri sayəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən formalaşdırılmış sülh müqaviləsinin bağlanması reallaşacaq. Bunun bu ilin sonuna qədər reallaşacağına inanırıq.

Bütün bunlarla yanaşı, əsas problem Ermənistanın Azərbaycan ərazisinə birbaşa ərazi iddialarını ehtiva edən konstitusiyaya dəyişiklik etmək istəməməsi olaraq qalır. Son məlumatlara görə, Ermənistan 2027-ci ildə konstitusiya referendumunu keçirmək istəyir, bu üç il ərzində müxtəlif hadisələr baş verə bilər. Ona görə də qeyd etmək lazımdır ki, Azərbaycanın de-fakto Cənubi Qafqazda sülh və təhlükəsizliyi qorumaq mandatı var.

Əminliklə deyə bilərik ki, Azərbaycan regionda sülhün bərqərar olmasına məsuliyyətlə yanaşacaq. Paşinyan isə siyasi səhvə yol verərsə, iş o yerə gəlib çıxa bilər ki, Ermənistan dünyanın siyasi xəritəsindən silinər”.

İqor Korotçenko əlavə edib ki, Fransa və ABŞ öz maraqlarını təmin etmək məqsədilə Ermənistandan tramplin kimi istifadə edirlər.

Gürcüstanda taxt-tac oyunları | Gürcülər tarixdən dərs çıxara biləcək? - BAKU AKTUAL

Gürcüstanda taxt-tac oyunları | Gürcülər tarixdən dərs çıxara biləcək? - BAKU AKTUAL

Siyasət
15 oktyabr 2024
Bu ölkə Ermənistana icazə verdi | Azərbaycanda sivillər atəşə tutulacaq?

Bu ölkə Ermənistana icazə verdi | Azərbaycanda sivillər atəşə tutulacaq?

Siyasət
15 oktyabr 2024
Heydər Əliyev Fondu və ICESCO arasında mühüm əməkdaşlıq sazişi imzalandı

Heydər Əliyev Fondu və ICESCO arasında mühüm əməkdaşlıq sazişi imzalandı

Siyasət
15 oktyabr 2024
Cənubi Qafqaz üçün mübarizə | “Hizbullah”ın dronları niyə vurulmur? | Ərdoğanın çıxışı - SALAM BAKU

Cənubi Qafqaz üçün mübarizə | “Hizbullah”ın dronları niyə vurulmur? | Ərdoğanın çıxışı - SALAM BAKU

Siyasət
15 oktyabr 2024
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür

Siyasət
15 oktyabr 2024
Dövlətdən çox razıyıq | Gürcüstanda yaşayan azərbaycanlılar təşəkkür etdi

Dövlətdən çox razıyıq | Gürcüstanda yaşayan azərbaycanlılar təşəkkür etdi

Siyasət
15 oktyabr 2024
İlham Əliyev və Estoniyanın yeni səfiri arasında mühüm müzakirə

İlham Əliyev və Estoniyanın yeni səfiri arasında mühüm müzakirə

Siyasət
15 oktyabr 2024
Prezident İlham Əliyev Danimarkanın yeni səfiri ilə görüşdü

Prezident İlham Əliyev Danimarkanın yeni səfiri ilə görüşdü

Siyasət
15 oktyabr 2024
TBMM sədri Kurtulmuş Azərbaycan Milli Məclisinin sədri Qafarova ilə görüşüb

TBMM sədri Kurtulmuş Azərbaycan Milli Məclisinin sədri Qafarova ilə görüşüb

Siyasət
15 oktyabr 2024
Ərdoğan Türkiyədə fevralda baş vermiş zəlzələlərdən danışdı | Bu köməyi əsla unutmayacağıq

Ərdoğan Türkiyədə fevralda baş vermiş zəlzələlərdən danışdı | Bu köməyi əsla unutmayacağıq

Siyasət
15 oktyabr 2024
Seçilmişlər
icon