Pleyeri seçin:

Ermənistan yeni şantaj üsulu seçib

08 iyul 2023 385 baxış

Ekologiya insan başda olmaqla hər bir canlı üçün həyat deməkdir.

Müasir dövrdə sürətlə inkişaf edən sənaye və texnologiyalar insan həyatına rahatlıq qatdığı kimi ekologiyanın normal düzülüşünə də eyni dərəcədə xələl gətirir. Lakin təəssüflə bildirməliyik ki, bir sıra hallarda regional ekoloji proseslərə yanaşma dövlət siyasətinə çevrilir və bundan digər tərəflərə qarşı şantaj məqsədilə istifadə olunur.

İşğalçılıq, hərbi təcavüz, terror kimi anlayışları özünün dövlət siyasəti kimi qəbul edən Ermənistan ekologiyaya münasibətdə də təhdidedici mövqe tutur.

İstismar müddəti çoxdan başa çatan Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini nəyin bahasına olursa olsun uzatmaqla bir tərəfdən bu ad altında beynəlxalq təşkilatlardan qrantlar alır, digər tərəfdən isə Qara dəniz və Xəzər dənizi bölgələrində yerləşən bütün tərəfləri ekoterror təhdidi altına salır. Analoji münasibət Araz və Oxçu çaylarına axıdılan tullantılarla da xarakterizə olunur.

Bu məsələ iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə də müzakirə edilib. Prezident İlham Əliyev görüşdəki çıxışında bildirib ki, Ermənistan indi də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir və bununla da 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından irəli gələn öhdəliklərini pozmuş olur.

Qeyd edək ki, Ermənistanın Arazdəyən kəndində inşa olunan metallurgiya zavodunun illik istehsal gücü 180 min tondan yuxarıdır. Bu isə kifayət qədər böyük həcmdə tullantı və zəhərli qazın təbiətə ziyan vurması deməkdir. Nəzərə almaq lazımdır ki, sözügedən zavod Metsamor AES-lə eyni bölgədə yerləşir.

Banner
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 385 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 385 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 385 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 385 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 385 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 385 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 385 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 385 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 385 baxış
Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Siyasət
07 noyabr 2026 385 baxış
Seçilmişlər
icon