Ermənistana zərər verən Qərbdir I Erməni politoloqdan Ərdoğana dəstək
“Ermənilərə ən böyük zərəri Ermənistanı təxribata yönləndirənlər və müharibədən qazanc əldə edənlər vurdu. Qərb ölkələrindən göndərilən heç bir silah sabit dünyanı əvəz edə bilməz”.
Bunu erməni politoloq Suren Surenyants “Facebook” səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını şərh edərkən yazıb.
“Müəllifi Ərdoğan olsa belə, bunlar doğru sözlərdir. Nə Şimaldan, nə də Qərbdən “xilaskar” ola bilər. İrəvanın dövlətçiliyi ilk növbədə Ermənistan-Rusiya və Ermənistan-Türkiyə münasibətlərinin keyfiyyətindən asılıdır”, – o bildirib.
Qeyd edək ki, Ərdoğan Ermənistana səslənərək, Azərbaycanla sülh bağlamağa çağırıb. O vurğulayıb ki, İrəvan təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıqda axtarmalıdır.
#Ermənistan teqi istifadə olunub
- Erməni politoloq Ərdoğanın açıqlamasını belə şərh etdi
- "Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama
- Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV
- Qazaxıstan Prezidentindən Azərbaycan və Ermənistanla bağlı açıqlama - Baku TV
- Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV CANLI
