Pleyeri seçin:

Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb

10 fevral 2024 468 baxış

Fevralın 3-də Ermənistanla şərti sərhəddə Azərbaycan ərazisinə keçməyə cəhd edən Çexiya vətəndaşı saxlanılıb. Caliber.Az xəbər verir ki, onun şərti sərhəddə minalanmış sahədən sağ-salamat keçə bilməsi maraq doğurur.

Hələ o zaman şübhə yaranıb ki, saxlanılan şəxs Qərbin xüsusi xidmət orqanlarından birinin nümayəndəsi ola bilər və casusluq məqsədilə Azərbaycan ərazisinə daxil olmağa çalışır. Üstəlik, Ermənistan tərəfdəki şərti sərhəddə artıq Avropa İttifaqının kəşfiyyat və müşahidə missiyası fəaliyyət göstərir.

Fevralın 5-də Çexiya Xarici İşlər Nazirliyi öz vətəndaşının saxlandığını təsdiqləyib və Çexiyanın Bakıdakı səfirliyinin nümayəndələrinin onunla görüşmək istədiyini bildirib. Bu arada, məlumata görə, bəlli səbəblərdən adı açıqlanmayan Çexiya vətəndaşı Laçın rayonu istiqamətində saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, güclü bədən quruluşlu, orta yaşlı rusdilli kişi olmaqla, özünü alpinist kimi təqdim edib. O, Qarakilsə istiqamətindən hərəkət etdiyini və ərazidə azdığını bildirib. Lakin Çexiya vətəndaşının saxlandığı yerdən Qarakilsə kəndinə qədər olan məsafə 13-15 kilometrdir. Bundan başqa, bu istiqamətdə Ermənistan Silahlı Qüvvələrinin bir neçə postu yerləşir və hər iki istiqamətdə mövqelər arasında minalanmış sahələr var.

Saxlanılanın dediyinə görə, onun 37 yaşı var, subaydır və alpinizmlə məşğuldur. Onun sözlərinə görə, bu məqsədlə Meksika, Tailand, İndoneziya, Türkiyə, İtaliya, Fransa və Kolumbiyaya səfərlər edib. Həmin şəxs İrəvana təyyarə ilə gəlib, iki gün sonra isə Qafan rayonuna gedib. Daha sonra Ermənistan paytaxtına qayıtmaq qərarına gəlib. Lakin avtomobildən və ya digər nəqliyyat növündən istifadə etmək əvəzinə, D.B. nədənsə on kilometrlərlə uzaqda olan Qarakilsəyə piyada getməyə qərar verib.

Döyüş növbətçiliyində olan hərbçi onu görüb və vəzifədəki baş zabitə məlumat verib. D.B aşkarlandıqdan sonra əllərini qaldıraraq mövqeyimizə yaxınlaşıb. Azərbaycan hərbçiləri onun paltarını və bel çantasını yoxlayıblar. Çantanın içərisindən iki pasport, mobil telefon, şarj cihazı, dırmaşma ipi, gün eynəyi, tibbi eynək və təbii ki, peşəkar fotoaparat tapılıb.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 468 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 468 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 468 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 468 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 468 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 468 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 468 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 468 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 468 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 468 baxış
Seçilmişlər
icon