Ermənistandan Rusiyanın TRIPP-ə qoşulmasına sərt reaksiya
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Rusiyanın TRIPP (“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) layihəsinə qoşulması ehtimalına münasibət bildirib.
Bu barədə o, Factor TV-yə müsahibəsində danışıb.
Simonyan qeyd edib ki, belə bir iddianı təsdiqləyə bilməz, çünki TRIPP ilk növbədə Ermənistan–ABŞ təşəbbüsüdür.
“Əgər hər hansı marşrutun və ya yolun açılmasından söhbət gedirsə, mənim fikrimcə, bu, ayrıca təşəbbüs kimi rəsmiləşdirilməlidir. TRIPP çərçivəsində isə bu, bir qədər absurddur, çünki mahiyyət etibarilə TRIPP-in işləməməsi üçün hər şeyi etmək anlamına gələr”, – deyə Simonyan vurğulayıb.
Rusiya tərəfinin göstərdiyi marağı şərh edən parlament sədri bunu supergüclərə xas olan normal davranış modeli kimi qiymətləndirib.
Onun sözlərinə görə, burada yeni və ya qeyri-adi heç nə yoxdur, çünki bütün dövlətlər ətrafındakı ölkələrdə öz təsirini qorumaqda və genişləndirməkdə maraqlıdır.
#Ermənistan teqi istifadə olunub
- Ermənistanda seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətə baxılacaq - Baku TV CANLI
- İrəvan müdafiə adı altında hansı ssenariyə hazırlaşır? | Fransa ilə şübhəli ittifaq - HƏRBİ XRONİKA
- Azərbaycandan Ermənistana 17 vaqon yola salındı - Baku TV CANLI
- Azərbaycandan Ermənistana 17 vaqon yola salındı - Baku TV
- Azərbaycandan tranzit keçməklə Ermənistana 490 ton buğda göndərilib - Baku TV
