Ermənistanı Azərbaycanla müharibəyə həvəsləndirənlər kimlərdir? | Ekspertlərdən vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsaslı Polşa diplomatiyasına “Andjey Dudasayağı” redaktələr olunub.
Belə ki, Ermənistana xüsusi səfər proqramı ilə gedən A.Duda Azərbaycan-Polşa münasibətlərinə vura biləcəyi zərbəyə və rəsmi Bakının xəbərdarlıqlarına məhəl qoymadan Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə gedib.
Bu ölkə Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasının tərkibindəki nümayəndələrinin sayını artırmağı nəzərdən keçirir. Bu isə o deməkdir ki, Avropa İttifaqının “müşahidə missiyası”nın qeyri-qanuni fəaliyyət müddəti uzadılacaq.
Analitiklərin sözlərinə görə, bu kontekstdə Andjey Duda və Ermənistan ittifaqının birgə ssenarisinin məhsulu kimi Ermənistan-Azərbaycan şərti sərhədində təxribatlar, eskalasiya və toqquşma istisna edilmir.
Politoloq Aydın Quliyev bildirib ki, Polşa NATO-nun ən fəal üzvlərindən və anti-Rusiya siyasəti aparan aktiv ölkələrdən biridir:
“Görünür ki, belə şəraitdə A.Duda Ermənistana verilən dəstəklə bu ölkəni həm Azərbaycana qarşı siyasətə həvəsləndirir, həm də Rusiya ilə qarşıdurma şəraitində Ermənistanın mövqelərini gücləndirməyə çalışır”.
#Polşa teqi istifadə olunub
- AK prezidenti Polşa Prezidenti ilə görüşdən niyə imtina edib?
- Sərhəddə əməliyyat, paytaxtda siyasi böhran - Polşada nə baş verir? - Baku TV
- Polşada daxili gərginlik
- Millətçilik və parçalanma dalğası yüksəlir | Polşada nələr baş verir?
- Polşada siyasi qarşıdurma pik həddə: Prezident və hökumət arasında nələr baş verir? - Baku TV
