Pleyeri seçin:

Ermənistanın hiyləgər oyunu ifşa edildi | Tofiq Zülfüqarovdan qalmaqallı sözlər

18 mart 2025 404 baxış

“Biz hazırda Azərbaycan və Ermənistan arasında çərçivə sənədinin razılaşdırılmasından danışırıq. Ermənistan tərəfi isə bilərəkdən bu sənədin mahiyyətini şişirdir. Çünki məqsədləri digər məsələləri arxa plana keçirməkdir”.

Bu sözləri “Reytinq”ə Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, öncə nəzərə almaq lazımdır ki, bəhs edilən sənəd Azərbaycan tərəfinin Ermənistana təklifi əsasında hazırlanıb. Yəni Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında bu prosesə start verilib. Üstəlik, bunlar beynəlxalq hüququ və BMT prinsiplərini özündə ehtiva edir.

Keçmiş nazir bildirib ki, həm Azərbaycanda, həm də Ermənistanda bir çox insanlar sənədin mahiyyətini fərqli formada təqdim edir, hətta bunu sülh sazişi kimi qələmə verənlər də var: “Amma indiki halda biz ilkin və ya çərçivə sənədindən bəhs edirik. Sülh sazişi isə son mərhələdə əldə ediləcək və ya imzalanacaq sənəd ola bilər”.

T.Zülfüqarov qeyd edib ki, çərçivə sənədinin mahiyyəti bəyanata yaxın olsa da, bəzi şəxslər bilərəkdən onu şişirdir.

“Məsələn, tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Hazırda sərhədlər müəyyən edilibmi və yaxud Zəngəzur dəhlizi məsələsi həllini tapmalıdır, tapıbmı? Eyni zamanda təhlükəsilik məsələləri. Təzminat məsələləri də var. Bəzi xəbərlərə görə, Ermənistan tərəfi müəyyən sənədləri geri çəkməyib. Bunlar həyata keçirilməlidir. Çərçivə sənədi bu baxımdan bir sıra məsələlərin həlli üçün çərçivə yaradır. Qısası, ilkin və yekun sənəd var. İndi biz ilkin sənəddən bəhs edirik, yekun sənəd isə sülh sazişi olmalıdır. Yəni indi bizim müzakirə etdiyimiz çərçivə sənədidir, sülh sazişi deyil. Sülh sazişi üçün hələ çox iş görülməlidir. Bunu bilməyənlərə məsləhət görürəm ki, diplomatiya lüğətinə baxsınlar. Çünki bu məsələlər orada qeyd edilib və bu nəzəriyyə əsasında işlər görülür”, ‒ deyə sabiq nazir əlavə edib.

T.Zülfüqarov deyib ki, Ermənistan bilərəkdən ilkin sənədin mahiyyətini qabardır:

“Çünki düşünürlər ki, bu yolla digər mövzuları gündəmdən çıxarırlar. Guya bununla məsələ bitdi. Əsas məsələlər sırasında sərhədlərin müəyyən edilməsi, dəhlizin açılması, təhlükəsizlik, təzminat kimi məsələlər var. Eyni zamanda “münaqişənin siyasi məsuliyyətini kim daşıyır” məsələsi də mövcuddur. Sözsüz ki, cinayət törədən insanların məsuliyyəti də var. Bunlar həllini tapmalıdır. Bunun üçün də çərçivə sənədi vacibdir”.

O diqqətə çatdırıb ki, əslində çərçivə sənədinin razılaşdırılması hər iki ölkənin xarici işlər nazirlikləri tərəfindən bəyanatla yekunlaşdırıla bilər:

“Yəni tərəflər qeyd edirlər ki, ilkin sənədi razılaşdırıblar və oradakı prinsiplər əsasında işin davam etdirilməsinə dair siyasi iradə mövcuddur. Bunun üçün Vaşinqtona və ya Moskvaya ehtiyac yoxdur.

Ümumiyyətlə, bizim işimiz vasitəçilər olmadan, Ermənistanla qarşı-qarşıya oturub məsələləri həll etməkdir”.

Banner
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 404 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 404 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 404 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 404 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 404 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 404 baxış
Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Siyasət
07 noyabr 2026 404 baxış
Prezident Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış oldu - Baku TV

Prezident Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış oldu - Baku TV

Siyasət
07 noyabr 2026 404 baxış
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi - Baku TV

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi - Baku TV

Siyasət
07 noyabr 2026 404 baxış
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyuldu - Baku TV

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyuldu - Baku TV

Siyasət
07 noyabr 2026 404 baxış
Seçilmişlər
icon