Siyasət
Pleyeri seçin:

Ermənistanın "diplomatik müharibə" cəhdi: iküzlülük siyasətinin ifşası

09 noyabr 2023

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ancaq İrəvan hökumətinin sülh prosesində iştirakını imitasiya etməyi dayandıracağı, Azərbaycanın bir il əvvəl təqdim etdiyi və beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanan layihə üzərində konstruktiv şəkildə məşğul olacağı halda mümkün olacaq”.

Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın “Adnkronos” nəşrinə müsahibəsində deyib.

O, sülh sazişinin müsbət nəticəsinin ikili yanaşma nümayiş etdirən Ermənistan hakimiyyətinin səmimiyyət səviyyəsindən asılı olacağını bildirib.

“Ermənistan bir tərəfdən sülh sazişini yekunlaşdırmaq istəyindən danışır, digər tərəfdən isə Azərbaycana qarşı diplomatik müharibəyə başlayıb. Sülh sazişinin əldə olunması üçün Ermənistan əvvəllər götürdüyü öhdəlikləri yerinə yetirməli və verdiyi vədlərə əməl etməlidir. Ermənistan paralel yollarda öz dar siyasi məqsədlərini həyata keçirməyə çalışmaqdan əl çəkməli və ən yüksək səviyyədə sülh sazişi layihəsi ilə bağlı yenidən danışıqlara başlamalıdır”, – deyə Azərbaycan rəsmisi vurğulayıb.

Elçin Əmirbəyov Ermənistanın Qarabağda etnik təmizləmə və soyqırımı ilə bağlı ölkəmizə qarşı irəli sürdüyü ittihamların tamamilə əsassız olduğunu bildirib. Dövlət rəsmisi Azərbaycanın ölkəmizin bütün vətəndaşlarına, o cümlədən Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin hüquqlarına hörmət etdiyini qeyd edib.

Müsahibədə həmçinin Azərbaycan hökumətinin işğaldan azad olunan ərazilərdə infrastrukturun yenidən qurulmasına yeddi milyard dollardan çox vəsait xərclədiyi bildirilib.

Elçin Əmirbəyov piyada və tank əleyhinə minalar, digər partlamamış hərbi sursatlarla çirkləndirilmiş bu ərazilərdə böyük problemlə üzləşdiyimizi, işğal dövründə Ermənistanın bu ərazilərə 1,5 milyona yaxın piyada əleyhinə mina yerləşdirdiyini, bu günə kimi mina terroru nəticəsində Azərbaycanın 337 itki verdiyini diqqətə çatdırıb. 

Ermənistanı niyə izləmirsiniz? - QAİ-dən ABŞ-yə sərt reaksiya

Ermənistanı niyə izləmirsiniz? - QAİ-dən ABŞ-yə sərt reaksiya

Siyasət
02 may 2024
Delimitasiya tez olmalıdır, yoxsa... | Paşinyandan təcili açıqlama

Delimitasiya tez olmalıdır, yoxsa... | Paşinyandan təcili açıqlama

Siyasət
02 may 2024
Sərhədlərlə bağlı qərar | Prezident delimitasiyadan danışdı | ABŞ-dən Ukrayna qərarı

Sərhədlərlə bağlı qərar | Prezident delimitasiyadan danışdı | ABŞ-dən Ukrayna qərarı

Siyasət
02 may 2024
Ukrayna Ali Rada rəsmisi Azərbaycanla bağlı paylaşım etdi

Ukrayna Ali Rada rəsmisi Azərbaycanla bağlı paylaşım etdi

Siyasət
02 may 2024
Paşinyandan delimitasiya prosesi ilə bağlı açıqlama

Paşinyandan delimitasiya prosesi ilə bağlı açıqlama

Siyasət
02 may 2024
Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb

Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb

Siyasət
02 may 2024
Prezident BMT Baş katibinin köməkçisi ilə görüşdü

Prezident BMT Baş katibinin köməkçisi ilə görüşdü

Siyasət
01 may 2024
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi

Siyasət
01 may 2024
Azərbaycanlıların sayı getdikcə azalan rayon | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycanlıların sayı getdikcə azalan rayon | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
01 may 2024
İlham Əliyev Şimali Qafqaz regionunun müftiləri ilə görüşdü

İlham Əliyev Şimali Qafqaz regionunun müftiləri ilə görüşdü

Siyasət
01 may 2024
Seçilmişlər
icon