Pleyeri seçin:

Ermənistanla sülh müqaviləsi hansı halda imzalanmayacaq? | Qərbi Azərbaycan Xronikası

08 iyun 2023 165 baxış

"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

“Ermənistanla sülh müqaviləsi hansı halda imzalanmayacaq?” adlı süjetdə ermənilərə etibarın yaranmasının qərbi azərbaycanlıların 35 ildir pozulan insan hüquqlarının bərpasından keçdiyi vurğulanır.

Bildirilir ki, qərbi azərbaycanlılar öz yurdlarına qayıtmadan Ermənistanla sülh prosesi yarımçıq sayılar: “Çünki bu, tərəflər arasında dayanıqlı sülhə nail olmaq, etibar və etimadın yaranmasına çox böyük təkan olar”.

Həmçinin diqqətə çatdırılır ki, Nikol Paşinyan Qarabağ da daxil olmaqla 86,6 min kvadrat kilometrlik sahədə Azərbaycanın ərazisini tanıdıqlarını açıqlayıb. Bununla belə Paşinyan və onun komanda üzvləri Azərbaycan hakimiyyətini Qarabağ iqtisadi rayonunda müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlılarına arxalanaraq “fəaliyyət göstərdiklərini” bildirən Xankəndidəki cinayətkarlarla "danışıq" aparmağa çağırır. Əslində, rəsmi İrəvan bununla guya heç kim anlamırcasına Azərbaycanın qondarma cinayətkar dəstəni tanımasını istəyir.

Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 28-də Laçında Paşinyana və onun kimi düşünənlərə verdiyi cavablardan sitatlar verilib: “Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir”.

Avropa İttifaqının ikili standartları Cənubi Qafqazda sülhü necə pozur? - AKTUAL GÜNDƏM

Avropa İttifaqının ikili standartları Cənubi Qafqazda sülhü necə pozur? - AKTUAL GÜNDƏM

Siyasət
22 dekabr 2025 165 baxış
Amnistiya aktının icrasına başlanılır | TRIPP xəttinin iqtisadi əhəmiyyəti - YENİ BİR SƏHƏR

Amnistiya aktının icrasına başlanılır | TRIPP xəttinin iqtisadi əhəmiyyəti - YENİ BİR SƏHƏR

Siyasət
22 dekabr 2025 165 baxış
Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV

Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV

Siyasət
22 dekabr 2025 165 baxış
210 milyardlıq sual: Rusiya pulunu geri ala biləcək? | Ukraynadakı müharibə Avropa üçün yük oldu

210 milyardlıq sual: Rusiya pulunu geri ala biləcək? | Ukraynadakı müharibə Avropa üçün yük oldu

Siyasət
21 dekabr 2025 165 baxış
Qarabağ danışıqlarının ən qaranlıq səhifəsi  |  "Sülh göyərçinləri"nin çirkin planı necə pozuldu?

Qarabağ danışıqlarının ən qaranlıq səhifəsi  |  "Sülh göyərçinləri"nin çirkin planı necə pozuldu?

Siyasət
21 dekabr 2025 165 baxış
Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Siyasət
20 dekabr 2025 165 baxış
Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 dekabr 2025 165 baxış
Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Siyasət
20 dekabr 2025 165 baxış
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 dekabr 2025 165 baxış
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 dekabr 2025 165 baxış
Seçilmişlər
icon