Pleyeri seçin:

Əsəd Şirinovdan Bakı və Abşeron yarımadası üçün yaradılacaq su ehtiyatları ilə bağlı açıqlama

16 noyabr 2024 435 baxış

“İqlim dəyişikliyi uzunmüddətli quraqlıqlar və planlaşdırıla bilməyən yağıntı nümunələri ilə onsuz da məhdud olan su ehtiyatlarımıza əlavə problemlər yaradaraq suyun mövcudluğunda daha çox dəyişkənliyə səbəb olub”.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov deyib.

O qeyd edib ki, Xəzər dənizinin suyundan istifadə etməklə Bakı və Abşeron yarımadası üçün etibarlı alternativ ehtiyatların yaradılması hədəflənir:

“Bu yanaşma təkcə su mənbələrimizi şaxələndirmir, həm də su ehtiyatlarımızın 70 faizindən çoxunu təşkil edən transsərhəd çaylardan asılılığı azaldır. Bu həllin davamlılıq hədəflərimizə uyğun olmasını təmin etmək məqsədilə enerjiyə qənaət edən duzsuzlaşdırma proseslərinə üstünlük veririk. Azərbaycanda duzsuzlaşdırma ilə yanaşı, suyun təkrar emalı və təkrar istifadə proqramları üzərində də böyük işlər görülür”.

Ə.Şirinovun fikrincə, sözügedən təşəbbüslər təkrar emal edilmiş suyun səmərəli və təhlükəsiz şəkildə istifadə olunmasını təmin edərək şəhər və kənd planlaşdırılmasına inteqrasiya olunur:

“Azərbaycanın alternativ su mənbələrinin təminatına yanaşması bizim dayanıqlılığa və innovasiyalara sadiqliyimizi əks etdirir. Duzsuzlaşdırma, təkrar emal və digər layihələr vasitəsilə biz dəyişən iqlim şəraitində su gələcəyimizi qurmaq üçün qəti addımlar atırıq”.

O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə müasir su anbarları tikdiyini və iqlimin yaratdığı çətinliklərə tab gətirmək üçün əsas su infrastrukturunu bərpa etdiyini xatırladıb:

“Yağış sularının yığılması və yeraltı suların kəşfiyyatı kimi potensial layihələr də su mənbələrimizi şaxələndirəcək, yağış və çay axınındakı dəyişkənliyə qarşı davamlılığı təmin edəcək”. 

Banner
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 435 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 435 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 435 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 435 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 435 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 435 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 435 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 435 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 435 baxış
Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Siyasət
07 noyabr 2026 435 baxış
Seçilmişlər
icon