Pleyeri seçin:

“Forbes”: ABŞ-nin Azərbaycanla tərəfdaşlığı ölkənin regiondakı strateji rolundan qaynaqlanır

21 noyabr 2025 554 baxış

Azərbaycanın Mərkəzi Asiya blokuna qoşulması ABŞ və Avropa üçün yeni geosiyasi imkanlar açır.

Bu barədə "Forbes" jurnalında dərc edilən məqalədə qeyd olunub.

Məqalədə vurğulanıb ki, bu blok Qərb ölkələri ilə əlaqələri gücləndirir, enerji, strateji minerallar və "Rusiya ilə Çini strateji cəhətdən cilovlamaq" sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Xüsusi diqqət Azərbaycanın enerji və nadir torpaq elementlərindəki strateji potensialına yönəldilib.

"Forbes" qeyd edib ki, ölkə dünya sənayesi və regional iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan neft, qaz və nadir torpaq metalları ehtiyatlarına malikdir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Azərbaycan xam neft və təbii qazın böyük istehsalçısı kimi dünyada enerji baxımından özünü təminetmə göstəricisi ən yüksək olan ölkələrdən biridir.

Nəşr bildirib ki, 1992-ci ildə qəbul edilmiş Azadlığa Dəstək Aktının 907-ci düzəlişi uzun müddət Azərbaycanla iqtisadi və infrastruktur sahələrində birbaşa əməkdaşlığı məhdudlaşdırıb.

Bu müddəaların ləğvi və ya dəyişdirilməsi nəqliyyat dəhlizlərinin, energetikanın və ticarətin inkişafı üçün yeni imkanlar aça, ölkənin Qafqazdakı strateji rolunu gücləndirə bilər.

Məqalə müəllifləri vurğulayıblar ki, Azərbaycanla əməkdaşlıq həmçinin dəmir yolları, neft və qaz kəmərləri, optik-lif xətləri kimi infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradır ki, bu da regional təhlükəsizliyi möhkəmləndirir və region ölkələrinin müstəqilliyini artırır.

Azərbaycanın ABŞ-nin tərəfdaşları sırasına daxil edilməsi ölkənin regiondakı strateji əhəmiyyəti ilə bağlıdır. Beləliklə, Bakı öz ticarət və enerji əlaqələrini gücləndirmək, infrastrukturunu inkişaf etdirmək və beynəlxalq arenada rolunu artırmaq imkanı qazanır, eyni zamanda qlobal rəqabət şəraitində Cənubi Qafqazın sabitliyinə və müstəqilliyinə töhfə verir.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 554 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 554 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 554 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 554 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 554 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 554 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 554 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 554 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 554 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 554 baxış
Seçilmişlər
icon