Siyasət
Pleyeri seçin:

Fransa bölgədə növbəti hərbi münaqişəyə təhrik edir | Rusiya XİN

01 iyul 2024

"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu, apardığı çoxşaxəli xarici siyasət xətti və qlobal çapda hiss olunan nüfuzu ötən həftə boyunca da xarici media resurslarında müzakirələrə səbəb olub.

Türkiyənin “Anadolu Ajansı” “Azərbaycan İtaliya istehsalı olan hərbi nəqliyyat təyyarəsi alıb” sərlövhəli məqaləsində bildirir ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki tapşırıqları yerinə yetirməyə qadirdir.

Qətərin “Əl-Cəzirə” xəbər portalında “Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək” başlıqlı məqalə dərc olunub.

Məqalədə deyilir ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Almaniyanın “Deutsche Welle” nəşrində dərc olunan “Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik” sərlövhəli məqalədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin iyunun 28-də jurnalistlərə açıqlaması yer alıb.

O bildirib ki, Dövlət katibi Entoni Blinken sammit çərçivəsində NATO tərəfdaşları üçün tədbir təşkil edəcək:

“Buraya Azərbaycan və Ermənistan da daxildir. Mən hər iki ölkənin tədbirdə xarici işlər nazirləri səviyyəsində iştirak edəcəyini gözləyirəm. Onlarla birlikdə ümumilikdə 30 tərəfdaş ölkə bu tədbirə qatılacaq”.

ABŞ-nin “Eurasianet” nəşri “Fransanın Ermənistana silah satması Qafqazda gərginliyi artırır” başlıqlı məqalə dərc edib.

Məqalədə bildirilir ki, Fransa ilə Azərbaycan arasında soyuq münaqişə kəskinləşir. Qarşıdurmadakı son dönüş Qafqazda münaqişənin yenidən başlaması perspektivini artırır: “İyunun 18-də Fransanın müdafiə naziri Sebastyan Lekornu Ermənistana 36 ədəd “Sezar” özüyeriyən haubitsaların tədarükünü elan edib.

Bu addım dərhal Azərbaycan və Rusiyanın sərt reaksiyalarına səbəb oldu. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan tərəfinin bəyanatını təkrarlayaraq deyib ki, Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmaya təhrik edir”.

Beynəlxalq tədbirlər üçün niyə Azərbaycan seçilir?

Beynəlxalq tədbirlər üçün niyə Azərbaycan seçilir?

Siyasət
14 sentyabr 2024
Prezident “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış yenidənqurma işləri ilə tanış oldu

Prezident “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış yenidənqurma işləri ilə tanış oldu

Siyasət
14 sentyabr 2024
MSK-da şikayətlərlə bağlı səsvermə keçirildi | Detallar açıqlandı

MSK-da şikayətlərlə bağlı səsvermə keçirildi | Detallar açıqlandı

Siyasət
13 sentyabr 2024
Qərbi Azərbaycanın 200 illik vandallığa məruz qalan tarixi | Ermənilərin toxunmadığı abidə

Qərbi Azərbaycanın 200 illik vandallığa məruz qalan tarixi | Ermənilərin toxunmadığı abidə

Siyasət
13 sentyabr 2024
Ceyhun Bayramov və Serdar Kılıç arasında mühüm müzakirə | Detallar açıqlandı

Ceyhun Bayramov və Serdar Kılıç arasında mühüm müzakirə | Detallar açıqlandı

Siyasət
13 sentyabr 2024
Məzahir Pənahov 40-dan çox məntəqədə sıfır səs toplayan namizədə səsləndi

Məzahir Pənahov 40-dan çox məntəqədə sıfır səs toplayan namizədə səsləndi

Siyasət
13 sentyabr 2024
Vaşinqtonun göstərişi ilə hədəf oxları Azərbaycana tuşlandı | Yeni nüanslar

Vaşinqtonun göstərişi ilə hədəf oxları Azərbaycana tuşlandı | Yeni nüanslar

Siyasət
13 sentyabr 2024
ABŞ-dən Ermənistana qrant artımının səbəbi | Türkiyə regionda Rusiyanı əvəz edəcək

ABŞ-dən Ermənistana qrant artımının səbəbi | Türkiyə regionda Rusiyanı əvəz edəcək

Siyasət
13 sentyabr 2024
“Qardaşımın İrəvandan gətirdiyi sənəddə Göyçə gölünün dibində qədim türk şəhəri olduğu yazılmışdı”

“Qardaşımın İrəvandan gətirdiyi sənəddə Göyçə gölünün dibində qədim türk şəhəri olduğu yazılmışdı”

Siyasət
13 sentyabr 2024
Yaponiya səfirliyindən Baku TV-yə açıqlama | Ermənistan bu dəfə Yaponiyaya gözünü dikdi?

Yaponiya səfirliyindən Baku TV-yə açıqlama | Ermənistan bu dəfə Yaponiyaya gözünü dikdi?

Siyasət
13 sentyabr 2024
Seçilmişlər
icon