Fransadakı ünsürlər Cənubi Qafqazın daim qan içində olmasına çalışırlar | Qərbi Azərbaycan Xronikası
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Fransadakı ünsürlər Cənubi Qafqazın daim qan içində olmasına çalışırlar" bildirilir ki, indiki Ermənistandan etnik təmizləmə nəticəsində qovulmuş azərbaycanlıların doğma yurda qayıdışını Azərbaycan “Böyük Qayıdış” adlandırır:
“Ancaq “Böyük Qayıdış”a qarşı Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə iddiasını təqdim edən Fransanın Leuven Universitetinin professoru Pyer d-Arjan (Pierre d'Argent) bunu “Azərbaycanın irqçi layihəsi” adlandırıb. Bu “professor” məqaləsində reallıqdan kənar iddialarla çıxış edir, Qarabağdakı ermənilərin Azərbaycanı könüllü tərk etdiklərinə şübhə ilə yanaşır”.
Fransalı professorun diqqətinə çatdırılır ki, 1886-cı ildən 1988-ci ilə, yəni 102 il sonraya baxış etsə, mənzərə daha aydın olar:
“Bu tarixdə 300 minə yaxın qərbi azərbaycanlı öz torpaqlarından zor gücünə qovulub, Ermənistan vətəndaşlıqları məcburi olaraq əllərindən alınıb. Qərbi azərbaycanlılara indiyədək Ermənistanın heç bir dövlət rəsmisi “gəlin, Ermənistan cəmiyyətinə inteqrasiya olun” deməyib.
Azərbaycan Prezidenti isə Qarabağın erməni sakinlərinə Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa, Konstitusiyanın verdiyi hüquqlardan yararlanmağa çağırıb. Bu baxımdan indiki Ermənistandan qovulan qərbi azərbaycanlılar erməni irqçiliyinin qurbanı olub. Onlar Ermənistanın vətəndaşlığından məhrum olublar. Onların mülkiyyəti talan olub, Ermənistanda qalıb”.
Süjetdə həmçinin ermənilərin şovinist yazıçısı Zori Balayanın İrəvanın erməni əhalisinin başqa yerlərdən gəlmə olması fikrinə də yer verilir.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Xəritədə başqa ad, sənədlərdə başqa ad | Bəriabadın azərbaycanlı sakinlərinə nə oldu?
- Boş qalan kəndin izləri | Çöl tədqiqatları zamanı burada hansı irs aşkarlanıb?
- Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV
- Dağıdılmış məzarlar, üzə çıxan gerçəklər | Kiçik Məzrənin tarixini necə silməyə çalışdılar?
- Aravsanın silinməyən Azərbaycan izləri | Kəndin türkmənşəli tarixi adı necə dəyişdirildi?
