Pleyeri seçin:

Fransanın azərbaycanlı jurnalistə qarşı qanunsuz davranışı ilə bağlı rəsmi açıqlama

06 dekabr 2023 760 baxış

“AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq”.

Bu barədə Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənə qədər müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir.

Mətbuat Şurası da AZƏRTAC-ın əməkdaşına qarşı nalayiq rəftarı, onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını qətiyyətlə pisləyib.

“Fransa müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin ora ezam olunan Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Aygün Həsənovaya münasibətdə nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı – Şengen vizası olmasına baxmayaraq, əsassız tələblər irəli sürməsi Fransanın söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi növbəti bariz nümunəsidir. Baş vermiş hadisə bir daha təsdiqləyir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və priniplərə, qətiyyən, məhəl qoymur”, – deyə mətbuat şurasının yaydığı bəyanatda qeyd olunur.

Qeyd edək ki, AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Bu azmış kimi, jurnalist 1 sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 760 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 760 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 760 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 760 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 760 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 760 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 760 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 760 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 760 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 760 baxış
Seçilmişlər
icon