Pleyeri seçin:

Fransanın xarici işlər naziri fərqində olmadan separatçıları ifşa etdi

22 sentyabr 2023 275 baxış

Fransanın xarici işlər naziri Katrin Kolonna BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclasında çıxışı zamanı fərqində olmadan erməni separatçılarının yalanlarını ifşa edərək Qarabağ əhalisinin 10%-nin artıq ərazini tərk etdiyini bildirib.

Fransalı diplomat bununla da separatçıların uydurduğu 120 min nəfərlik erməni əhali haqqında mifinə son qoyub. Onun təsadüfən səsləndirdiyi həqiqət, əslində, ölkəsinin iç üzünü, Cənubi Qafqaz siyasətindəki çirkin məqsədlərini ortaya qoydu. Bütün dünyaya aydın oldu ki, Paris uzun müddət həqiqətləri bilərəkdən təhrif edib, öz maraqları üçün Ermənistanı əlində alətə çevirib.

Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının məlumatına görə, son 2 gündə 5000 erməni bölgəni tərk edib və onların sayı daha da azalıb. Faktlar da onu göstərir ki, Qarabağın guya yüzminlərlə erməni sakininə qarşı absurd etnik təmizləmə iddiası cəfəngiyyatdan başqa bir şey deyil. Bu yalanı isə elə Fransanın özü ifşa edib. Çünki Azərbaycan heç vaxt dinc erməni sakinləri hədəf almayıb, onların cəmiyyətimizə reinteqrasiyasına və hüquqlarının qorunmasına hazır olduğunu dəfələrlə bəyan edib.

Azərbaycan bir daha göstərdi ki, suveren ərazilərində separatizmin mövcudluğuna göz yummayacaq. Bu reallığın isə hər kəs tərəfindən qəbul edildiyi növbəti dəfə sübut olundu. Fransa da Papadan daha çox katolik olmaq ritorikası və regiona müdaxilə siyasətindən əl çəksə, yaxşı olar. Çünki bundan ən çox əziyyət çəkən elə Ermənistan və ermənilərdir.

Prezident Xankəndidə daha bir açılışda iştirak etdi

Prezident Xankəndidə daha bir açılışda iştirak etdi

Siyasət
23 dekabr 2025 275 baxış
"Xankəndi-1" elektrik yarımstansiyası istismara verilib

"Xankəndi-1" elektrik yarımstansiyası istismara verilib

Siyasət
23 dekabr 2025 275 baxış
Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin müəssisəsinin açılışı

Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin müəssisəsinin açılışı

Siyasət
23 dekabr 2025 275 baxış
Qarabağ Universitetində daha bir fakültənin təməli qoyulub

Qarabağ Universitetində daha bir fakültənin təməli qoyulub

Siyasət
23 dekabr 2025 275 baxış
Baharlı və Bahar bəyin bağları - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Baharlı və Bahar bəyin bağları - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
23 dekabr 2025 275 baxış
İlham Əliyev Ağdamda bir sıra açılışlarda iştirak edib - Baku TV

İlham Əliyev Ağdamda bir sıra açılışlarda iştirak edib - Baku TV

Siyasət
23 dekabr 2025 275 baxış
Prezidentin Kərkicahana səfərindən görüntülər

Prezidentin Kərkicahana səfərindən görüntülər

Siyasət
23 dekabr 2025 275 baxış
Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin müəssisəsinin açılışı - Baku TV

Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin müəssisəsinin açılışı - Baku TV

Siyasət
23 dekabr 2025 275 baxış
Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib

Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib

Siyasət
23 dekabr 2025 275 baxış
Millət vəkili həkimlərin hərbi xidmətindən danışdı

Millət vəkili həkimlərin hərbi xidmətindən danışdı

Siyasət
23 dekabr 2025 275 baxış
Seçilmişlər
icon