“Global Infrastructure Partners” şirkətinin baş icraçı direktoru İlham Əliyevin qəbulunda
Prezident İlham Əliyev dekabrın 8-də qlobal infrastruktur investisiya idarəetmə şirkəti "Global Infrastructure Partners"in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ilə "Global Infrastructure Partners" şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək, Fondun şirkətlə birgə "Italo" sürətli dəmir yolu operatoru və London Qatvik Hava Limanı üzrə həyata keçirdiyi investisiyaların uğurlu əməkdaşlıq nümunələri olduğunu deyib.
Ölkəmizin uzunmüddətli inkişaf strategiyasına toxunan dövlət başçısı bu xüsusda "Global Infrastructure Partners" ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Adebayo Oqunlesi ARDNF ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini deyərək, şirkətin idarə etdiyi fondlara yatırdığı sərmayələrin iki qurum arasında etibarlı tərəfdaşlıq modeli formalaşdırdığını bildirib.
Qonaq rəhbərlik etdiyi şirkətin hava limanlarının, logistika və nəqliyyat dəhlizlərinin optimallaşdırılması, enerji, o cümlədən bərpaolunan enerji üzrə beynəlxalq təcrübəyə malik olduğunu vurğulayaraq, enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
#Global Infrastructure Partners şirkəti teqi istifadə olunub
- “Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV
- Prezident Davosda "BlackRock" və "Global Infrastructure Partners"in rəsmiləri ilə görüşüb - Baku TV
- İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV
- İlham Əliyevin “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktoru ilə görüşü
