Pleyeri seçin:

Gürcüstan Baş naziri azərbaycanlıları təbrik etdi | Marneulidə Novruz coşqusu

21 mart 2024 226 baxış

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda Novruz bayramı münasibətilə təntənəli bayram şənliyi keçirilib.

Tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Ombudsman Levan İoseliani, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri, eləcə də Gürcüstan parlamentinin deputatları, digər dövlət və hökumət rəsmiləri iştirak ediblər.

İrakli Kobaxidze bayram münasibətilə azərbaycanlılara sülh və əmin-amanlıq arzu edib. Gürcülərlə azərbaycanlılar arasında möhkəm dostluq əlaqələrinin olduğunu vurğulayıb:

"Bu gün biz qardaş və bacılarımızla birlikdə Novruz bayramını qeyd edirik. Bütün dostlarımızı bu münasibətlə təbrik edirəm. Bu bizim ümumi bayramımızdır. Hər birimiz bu sevinci bölüşürük. Novruz baharın gəlişi, yenilənmə bayramıdır. Bir daha Novruz bayramınız mübarək olsun!".

İrakli Kobaxidze müxtəlif stendlərə baş çəkərək azərbaycanlılara məxsus mədəniyyət, incəsənət, kulinariya nümunələri ilə tanış olub, idman yarışının qaliblərinə mükafatlar təqdim edib.

Daha sonra rəsmilərin iştirakı ilə bayram tonqalı alovlandırılıb. Rəsmi hissədən sonra bayram şənliyi konsert proqramı ilə davam etdirilib.

Tədbirə Azərbaycandan dəvət olunmuş incəsənət xadimləri də qatılıblar. 

İrəvan reallığı qəbul etdi: Azərbaycan və Türkiyə ilə tarixi dövr başlayır? - AKTUAL GÜNDƏM

İrəvan reallığı qəbul etdi: Azərbaycan və Türkiyə ilə tarixi dövr başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
05 avqust 2026 226 baxış
Bakıda keçirilən Kəşmirlə həmrəylik tədbirində hansı açıqlamalar verildi?

Bakıda keçirilən Kəşmirlə həmrəylik tədbirində hansı açıqlamalar verildi?

Siyasət
05 avqust 2026 226 baxış
Pakistan səfirliyindən beynəlxalq ictimaiyyətə çağırış | Hansı mesajlar verildi? - Baku TV

Pakistan səfirliyindən beynəlxalq ictimaiyyətə çağırış | Hansı mesajlar verildi? - Baku TV

Siyasət
05 avqust 2026 226 baxış
Hörmüz üzrə gizli razılaşma: Tramp "böyük irəliləyiş" elan etdi - AKTUAL GÜNDƏM

Hörmüz üzrə gizli razılaşma: Tramp "böyük irəliləyiş" elan etdi - AKTUAL GÜNDƏM

Siyasət
05 avqust 2026 226 baxış
Estoniya Bakıda səfirlik açacaq | ABŞ İranı hansı yollarla cəzalandıracaq? - YENİ BİR SƏHƏR

Estoniya Bakıda səfirlik açacaq | ABŞ İranı hansı yollarla cəzalandıracaq? - YENİ BİR SƏHƏR

Siyasət
05 avqust 2026 226 baxış
Ceyhun Bayramov "yaşıl limanlar" layihəsinin əhəmiyyətindən danışdı - Baku TV

Ceyhun Bayramov "yaşıl limanlar" layihəsinin əhəmiyyətindən danışdı - Baku TV

Siyasət
04 avqust 2026 226 baxış
"ATƏT-dən gözləntimiz budur ki..." | Ceyhun Bayramov mina problemindən danışdı - Baku TV

"ATƏT-dən gözləntimiz budur ki..." | Ceyhun Bayramov mina problemindən danışdı - Baku TV

Siyasət
04 avqust 2026 226 baxış
Ermənistan Avropadan deportasiya edilənlər üçün saxlanma mərkəzinə çevrilir? - AKTUAL GÜNDƏM

Ermənistan Avropadan deportasiya edilənlər üçün saxlanma mərkəzinə çevrilir? - AKTUAL GÜNDƏM

Siyasət
04 avqust 2026 226 baxış
Ceyhun Bayramov Azərbaycan-İsveçrə arasında iqtisadi əməkdaşlıqdan danışdı - Baku TV

Ceyhun Bayramov Azərbaycan-İsveçrə arasında iqtisadi əməkdaşlıqdan danışdı - Baku TV

Siyasət
04 avqust 2026 226 baxış
XİN-də mətbuat konfransı | Ceyhun Bayramov İqnasio Kassislə görüşdü - Baku TV

XİN-də mətbuat konfransı | Ceyhun Bayramov İqnasio Kassislə görüşdü - Baku TV

Siyasət
04 avqust 2026 226 baxış
Seçilmişlər
icon