Pleyeri seçin:

Hansı rayonlarda sərhəd-buraxılış məntəqələri yaradılacaq? - Yeni sərəncamın detalları

23 noyabr 2023 559 baxış

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın İranla dövlət sərhədində yeni buraxılış məntəqələri inşa olunacaq.

Qeyd edilib ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsində, Naxçıvan Muxtar Respublikasının ərazisində və Astara rayonunda dövlət sərhədində yeni buraxılış məntəqələrinin inşasına dair İranla razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaq.

Fəaliyyət Planında 2024−2026-cı illər ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27% artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılması da hədəflənir.

Eyni zamanda sərhəd-buraxılış məntəqələrində nəzarət gücləndiriləcək və qatarlara baxış vaxtı qısaldılacaq. Həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv parkının yenilənməsi nəzərdə tutulub.

Bundan başqa, Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması, Baş Ələt dəmiryol stansiyasının əsaslı təmiri, Bakı−Böyük Kəsik dəmiryol xəttinin elektrik təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlərin başa çatdırılması, Yevlax−Böyük Kəsik sahəsində 38 yoldəyişənin və 7 qəbul-göndərmə yolunun əsaslı təmiri planlaşdırılır.

Fəaliyyət Planına əsasən, Azərbaycan Gürcüstanla birlikdə gömrük nəzarətinin həyata keçirilməsi üçün yeni dövlət sərhədindən buraxılış məntəqələri inşa edəcək. Nəticədə tranzit daşımalar zamanı alternativ keçid imkanı yaradılacaq.

Sənəddə o da qeyd edilir ki, “Qırmızı Körpü” və “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqələrinin buraxılış qabiliyyəti artırılacaq. “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqələrinin yaxınlığında yerləşən mövcud terminalların infrastrukturu təmir ediləcək və gömrük postu yaxınlığında yeni gömrük terminalları inşa olunacaq.

Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində çeşidləmə məntəqəsində əlavə dörd dəmiryol xətti və konteyner terminalının tikintisi də planlaşdırılır ki, bunun nəticəsində yüklərin çeşidlənməsində operativlik təmin ediləcək.

Sənədə əsasən, Bakı Limanında və Hövsan Limanında da yeni infrastruktur yaradılacaq, zəruri avadanlıqlar alınacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və Dübəndi Terminalında dibdərinləşdirmə işləri aparılacaq.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 559 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 559 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 559 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 559 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 559 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 559 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 559 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 559 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 559 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 559 baxış
Seçilmişlər
icon