Pleyeri seçin:

Hərbi təhsil sahəsində əməkdaşlıq

28 aprel 2023 451 baxış

Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, Milli Müdafiə Universitetində hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

Ali təhsil ocağının rektoru general-leytenant Heydər Piriyev qarşılıqlı müzakirə və təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini, ölkələrimiz arasındakı sıx əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini deyib.

Türkiyə Quru Qoşunları Məktəbinin rəisi general-mayor Gültekin Yaralı və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru, briqada generalı Mamia Balaxadze də bu cür görüşlərin keçirilməsinin hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcəyini vurğulayıblar.

Qonaqlar universitetin "Xatirə kitabı"na ürək sözlərini yazıb. Sonra nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Qonaqlar hərbi institutun ərazisindəki muzeydə ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olublar. Sonra Hərbi institutda görüş keçirilib. Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov qonaqlarla hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib.

Xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub. Daha sonra nümayəndə heyətləri təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, həmçinin burada kursantlar üçün yaradılan şəraitlə tanış olub və keçirilən tədris prosesini izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Banner
Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Siyasət
04 noyabr 2026 451 baxış
Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Siyasət
03 noyabr 2026 451 baxış
Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 451 baxış
Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 451 baxış
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 451 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 451 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 451 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 451 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 451 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 451 baxış
Seçilmişlər
icon