Pleyeri seçin:

Hikmət Hacıyev BBC-yə müsahibə verib

20 dekabr 2023 440 baxış

"Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb".

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC World-ə müsahibəsində deyib.

"Hərbi qarşıdurma başa çatıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi, həmçinin Azərbaycan öz ərazilərinin 30 ildir davam edən hərbi işğalına son qoydu. Azərbaycan hələ 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib.

Buna görə də Azərbaycan sülh müqaviləsinin fundamental prinsiplərini və mətnini təklif edib. Hazırda tərəflər – Ermənistanla Azərbaycan arasında da diplomatik danışıqlar aparılır. Bunlar birbaşa danışıqlardır".

Prezidentin köməkçisi bildirib ki, Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb:

"Bu yaxınlarda, dekabrın 7-də, iki ölkə –Prezident Administrasiyası və Baş nazirin Aparatı vasitəsilə – sülh gündəmini irəli aparmaq niyyəti, həmçinin etimad quruculuğu tədbirləri haqqında birgə bəyanat verib.

Bu arada, son üç ay Ermənistan-Azərbaycan münasibətləri iki ölkənin müstəqilliyi tarixində ən sakit və ən dinc dövrlərdən biri hesab oluna bilər. Müharibə yoxdur, vəhşiliklər yoxdur, qarşıdurma yoxdur və əsgərlər kazarmalarına qayıdıblar. Nisbi sülh təmin olunub, indi onu uzunmüddətli sülhə çevirməyin, o cümlədən sülh müqaviləsinin imzalanmağın vaxtıdır. Azərbaycan regionda sülh gündəmini dəstəkləyir".

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 440 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 440 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 440 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 440 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 440 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 440 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 440 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 440 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 440 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 440 baxış
Seçilmişlər
icon