Hikmət Hacıyev "Euronews"a müsahibə verib
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz sülh gündəmini dəstəkləyirik və hesab edirik ki, iki ölkə arasında sülh müqaviləsinin tez bir zamanda yekunlaşdırılması region üçün daha yaxşıdır”.
Bu fikirləri Prezidentin köməkçisi Hikmət Hacıyev “Euronews” telekanalına müsahibəsində deyib.
"Bu gün biz qısamüddətli antiterror tədbirinin dayandırıldığını söyləməyə şadıq. Onlar öz silahlı qüvvələrini ərazidə tərksilah edirlər. Azərbaycan niyyətini çox açıq şəkildə ifadə edərək bildirdi ki, əgər onlar hərbi birləşmələri tərksilah etsələr, bu antiterror tədbirini dayandırmağa, Yevlaxa və Azərbaycanın bəzi digər şəhərlərinə dəvət etdiyimiz Qarabağ ermənilərinin nümayəndələri ilə dərhal təmaslara başlamağa hazırdır. Dünən isə Azərbaycan Prezident Administrasiyası bir daha bəyanatla çıxış etdi və bizim onları reinteqrasiyaya dəvət etdiyimizi təkrarladı", – H.Hacıyev qeyd edib.
Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri vurğulayıb ki, Azərbaycan Qafqazın inteqrasiya olunmuş region konsepsiyasını dəstəkləyir.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
