Siyasət
Pleyeri seçin:
Hulusi Akar: ABŞ ilə "F-16" məsələsinin həllinə yaxınıq
“Türkiyə "F-16" məsələsində ABŞ ilə dil tapmağa yaxındır”.
Bunu ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib. O deyib ki, ABŞ-nin Müdafiə Nazirliyi ilə aparılan müzakirələrdə müsbət nöqtəyə gəlmək mümkün olub.
“Ağ Ev tərəfindən dəstəkləndiyimizi bilirik. Konqresin sağlam düşüncə ilə qərar verəcəyini gözləyirik. Bu mövzuda çarəsiz olmadığımızı, əlimizdə seçimlər olduğunu hamının bilməsini istəyirik”, - deyə H.Akar ABŞ-dən “F-16” təyyarəsi alınması ilə bağlı məsələni şərh edərkən vurğulayıb.
Nazir həmçinin əlavə edib ki, bu il fevralın 6-dan bu yana PKK terror təşkilatı tərəfindən 8 dəfə Türkiyəyə hücum edilib, terrorçulara lazımi cavab verilib, nəticədə 53 terrorçu zərərsizləşdirilib.
Kopyalandı
Seçilmişlər