Pleyeri seçin:

İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Baku TV

17 iyun 2026 172 baxış

Prezident İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.

Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.

ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin Vitse-prezident Cey Di Vensin ölkəmizə səfərini məmnunluqla xatırladıb, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd edib.

Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyətinə toxunulub.

Prezident İlham Əliyev Abraham Hamadenin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaq ölkəmizin coğrafi baxımdan çox nadir bir məkanda yerləşdiyini deyib. O həmçinin Azərbaycanda UFC və Formula-1 kimi mötəbər idman yarışlarının keçirildiyini də vurğulayıb.

Söhbət zamanı Azərbaycan və ABŞ prezidentlərinin strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində səylərinə toxunularaq hər iki liderin dövlətlərarası münasibətlərin inkişafına böyük önəm verdikləri qeyd olunub. Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında rolu xüsusi vurğulanıb, regional nəqliyyat bağlantılarının inkişafı baxımından TRIPP dəhlizinin yaradacağı imkanlara toxunulub.

Görüşdə Azərbaycanla ABŞ Konqresi arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, Azərbaycan-ABŞ tərəfdaşlığının perspektivləri müzakirə olunub.

Zəngəzur uğrunda gizli mübarizə: ABŞ, İran və Ermənistan nəyə hazırlaşır? - AKTUAL GÜNDƏM

Zəngəzur uğrunda gizli mübarizə: ABŞ, İran və Ermənistan nəyə hazırlaşır? - AKTUAL GÜNDƏM

Siyasət
18 iyul 2026 172 baxış
Bakı Ali Məhkəməsində Ermənistan vətəndaşlarına bəraət verilməsi və hökmün ləğvi istənildi - Baku TV

Bakı Ali Məhkəməsində Ermənistan vətəndaşlarına bəraət verilməsi və hökmün ləğvi istənildi - Baku TV

Siyasət
18 iyul 2026 172 baxış
”Gənclərimiz çox fəaldır” | Həmvətənimiz Orhey şəhərində mer seçkilərini qazanıb - Baku TV

”Gənclərimiz çox fəaldır” | Həmvətənimiz Orhey şəhərində mer seçkilərini qazanıb - Baku TV

Siyasət
18 iyul 2026 172 baxış
"Türkiyə-Azərbaycan qardaşlığı geosiyasi proseslərə də təsir göstərir" | Cavanşir Feyziyev - Baku TV

"Türkiyə-Azərbaycan qardaşlığı geosiyasi proseslərə də təsir göstərir" | Cavanşir Feyziyev - Baku TV

Siyasət
17 iyul 2026 172 baxış
Azərbaycan Körfəz investorları üçün niyə cəlbedicidir? - AKTUAL GÜNDƏM

Azərbaycan Körfəz investorları üçün niyə cəlbedicidir? - AKTUAL GÜNDƏM

Siyasət
17 iyul 2026 172 baxış
Əhalinin siyahıyaalınması ilə bağlı hansı yeniliklər ediləcək? - Baku TV

Əhalinin siyahıyaalınması ilə bağlı hansı yeniliklər ediləcək? - Baku TV

Siyasət
17 iyul 2026 172 baxış
Prezident İlham Əliyev yeni səfirlə söhbət etdi

Prezident İlham Əliyev yeni səfirlə söhbət etdi

Siyasət
17 iyul 2026 172 baxış
Prezident ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından danışıb

Prezident ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından danışıb

Siyasət
17 iyul 2026 172 baxış
Prezident Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirib

Prezident Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirib

Siyasət
17 iyul 2026 172 baxış
Prezident İlham Əliyev Braziliya səfirinin etimadnaməsini qəbul etdi

Prezident İlham Əliyev Braziliya səfirinin etimadnaməsini qəbul etdi

Siyasət
17 iyul 2026 172 baxış
Seçilmişlər
icon