İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib.
Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Con Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli və məhsuldar söhbətlərin aparıldığını deyib.
Qonaq Azərbaycan Prezidenti ilə COP29 barədə fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğulayıb.
Con Podesta deyib ki, COP sədri qismində ölkəmizin hazırlıq üçün vaxtının az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib. O, qarşıdan gələn COP-da İkiillik Şəffaflıq hesabatları və digər məsələlər, xüsusilə də yeni kəmiyyət maliyyə hədəfi üzrə mühüm qərarların qəbul olunmasının vacibliyini bildirib.
Prezident İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını məmnunluqla qeyd edib.
COP29-un əhəmiyyətinə toxunan dövlət başçısı bu tədbirin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirib.
Prezident İlham Əliyev bu konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az müddət olmasına baxmayaraq, onun yüksək səviyyədə təşkil olunması və iştirakçı ölkələr arasında konsensusun əldə edilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini deyib.
Azərbaycan tərəfinin sədr olaraq ölkələr arasında körpülərin qurulmasına çalışdığını vurğulayan dövlət başçısı ölkəmizin bir sıra təsisatlarda üzvlüyünün və müxtəlif dövlətlərlə yaxın əlaqələrinin olmasının COP29-da konsensusun qurulması prosesinə töhfə verəcəyinə ümidvarlığını ifadə edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV
- İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV
- Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV
