Pleyeri seçin:

İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

10 may 2025 441 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlət başçısına əvvəlcə “Bərdə-Ağdam dəmir yolu xətti” layihəsi, Bərdə-Ağdam-Xankəndi dəmir yolunun tikintisi, Xankəndi dəmir yolu və avtovağzal kompleksi barədə məlumat veriblər.

Qeyd edilib ki, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub.

Kompleksin ərazisində həmçinin müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması tikilib. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb. Sonra Bərdə-Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı yola salınıb.

Qeyd edək ki, işğaldan azad olunmuş rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi bu ərazilərimizdə mühüm yol-nəqliyyat layihələrinin icrasına da xüsusi diqqət yetirilir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək.

Eyni zamanda bu cür mühüm infrastruktur layihəsinin həyata keçirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə nəqliyyat sahəsində görülən işlərin ardıcıl və yüksək keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir.

Okampo şəbəkəsi və anti-Azərbaycan kampaniyasının görünməyən tərəfi - Baku TV

Okampo şəbəkəsi və anti-Azərbaycan kampaniyasının görünməyən tərəfi - Baku TV

Siyasət
09 may 2026 441 baxış
Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq - ANA XƏBƏR

Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq - ANA XƏBƏR

Siyasət
08 may 2026 441 baxış
WUF13 Festivalı Gəncədə | "Bu tədbir böyük əhəmiyyət kəsb edir" - Baku TV

WUF13 Festivalı Gəncədə | "Bu tədbir böyük əhəmiyyət kəsb edir" - Baku TV

Siyasət
08 may 2026 441 baxış
“Onlar Azərbaycanla sülhü pozmaq istəyir” | Armine Marqaryan

“Onlar Azərbaycanla sülhü pozmaq istəyir” | Armine Marqaryan

Siyasət
08 may 2026 441 baxış
Azərbaycan XİN-dən Rusiyaya etiraz | Nə baş verdi? - Baku TV

Azərbaycan XİN-dən Rusiyaya etiraz | Nə baş verdi? - Baku TV

Siyasət
08 may 2026 441 baxış
Hörmüz boğazında çoxmillətli missiya planı: Qərb yeni təhlükəsizlik arxitekturası qurur?

Hörmüz boğazında çoxmillətli missiya planı: Qərb yeni təhlükəsizlik arxitekturası qurur?

Siyasət
08 may 2026 441 baxış
“Bakı Metropoliteni”nə tramvay nəqliyyatının təşkil edilməsi ilə bağlı səlahiyyət verilib - Baku TV

“Bakı Metropoliteni”nə tramvay nəqliyyatının təşkil edilməsi ilə bağlı səlahiyyət verilib - Baku TV

Siyasət
07 may 2026 441 baxış
Fransa regionda niyə istədiyini ala bilmir? - Boşa çıxan "təşəbbüslər" və Bakı faktoru - Baku TV

Fransa regionda niyə istədiyini ala bilmir? - Boşa çıxan "təşəbbüslər" və Bakı faktoru - Baku TV

Siyasət
07 may 2026 441 baxış
İrəvanda verilən mesaj Rusiyanı təcili hərəkətə keçirdi | Dəhşətli qisas zərbəsinin anonsu - Baku TV

İrəvanda verilən mesaj Rusiyanı təcili hərəkətə keçirdi | Dəhşətli qisas zərbəsinin anonsu - Baku TV

Siyasət
07 may 2026 441 baxış
ABŞ və Çin arasında böyük bazarlıq: İran və Rusiya əsas mövzu olur? - AKTUAL GÜNDƏM

ABŞ və Çin arasında böyük bazarlıq: İran və Rusiya əsas mövzu olur? - AKTUAL GÜNDƏM

Siyasət
07 may 2026 441 baxış
Seçilmişlər
icon