İrəvanda verilən mesaj Rusiyanı təcili hərəkətə keçirdi | Dəhşətli qisas zərbəsinin anonsu - Baku TV
Rusiya Xarici İşlər Nazirliyi mayın 9-da Moskvaya hücum olunacağı təqdirdə Kiyevə cavab zərbələri endiriləcəyinə dair diplomatik missiyalara və beynəlxalq təşkilatlara nota göndərildiyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Moskvada akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərə Rusiya Müdafiə Nazirliyinin mayın 4-də yaydığı xəbərdarlığın mətni göndərilib.
Notada qeyd olunur ki, Kiyev Moskvaya hücum planlarını həyata keçirəcəyi təqdirdə, Rusiya Silahlı Qüvvələri tərəfindən Kiyevə, o cümlədən qərar qəbulu mərkəzlərinə cavab zərbələrinin endirilməsi qaçınılmaz olacaq.
M.Zaxarovanın sözlərinə görə, bəyanata səbəb mayın 4-də İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada Qələbə Gününün qeyd edilməsini pozmaqla bağlı fikirləri olub.
O vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyinin xəbərdarlığı məhz bu təhdidlərə cavab kimi yayılıb.
Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, ölkənin xaricdəki diplomatik nümayəndəlikləri də Moskvanın mövqeyi barədə akkreditə olunduqları ölkələrə və beynəlxalq təşkilatlara əlavə məlumat verirlər.
M.Zaxarova Rusiya tərəfinin bəyanatlarına çox ciddi yanaşmağa çağırıb.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Moskva hansı ölkələrə xəbərdarlıq etdi? | Zelenski 9 Mayla bağlı nə açıqladı? - Baku TV
- Rusiya XİN başçısından Xəzər dənizindəki limana hücumla bağlı sərt açıqlama - Baku TV CANLI
- Mariya Zaxarova Ermənistana xəbərdarlıq etdi
- Xəzəryanı dövlətləri müharibəyə sürükləmək riski barədə xəbərdarlıq
- “Tokionun bu addımını düşmənçilik kimi qiymətləndiririk” | Zaxarova
