İlham Əliyev Azərbaycanın keçmiş rəhbərləri haqqında danışdı - Baku TV
Əslində, Heydər Əliyevdən sonrakı dövrə nəzər saldıqda, – mən 1980-ci illəri nəzərdə tuturam, – hər kəs açıq-aydın görür ki, ondan sonrakı Azərbaycan rəhbərləri öz vəzifə borclarını dərk edə bilməmişdilər, zəiflik, qorxaqlıq, fərarilik göstərmişdilər.
Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.
“Təkcə onu demək kifayətdir ki, Heydər Əliyevdən sonra həm sovet dövründə, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçmışdır. Faktiki olaraq müharibə şəraitində olan, yaxud da ki, artıq erməni aqressiyasına düçar olan ölkəni, xalqı başlı-başına buraxıb Bakıdan qaçmışdılar – ikisi Moskvaya, biri Kələkiyə. Dördüncüsü isə sadəcə olaraq hələ Ermənistan–Azərbaycan münaqişəsi başlamadan sovet rəhbərliyi tərəfindən vəzifəsindən azad edilmişdir, yəqin ki, buna görə Bakıda qalmışdır. Bax bu, utancverici tarixdir”, – dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- YAP-ın qurultayında Azərbaycanın gələcəyi ilə bağlı vacib açıqlamalar
- Prezident sülh şəraitində hərbi gücün artırılmasının səbəblərini açıqladı - Baku TV
- İlham Əliyev 1990-cı illərin Azərbaycanından danışdı - Baku TV
- Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - Baku TV CANLI
- "Qələbələrimizin başlanğıcı YAP-ın təsis qurultayında baş verdi" | Prezidentdən tarixi dövrə baxış
