Prezident Qarabağda strateji mövqelərin necə gücləndirildiyini açıqladı - Baku TV
Azərbaycan–Ermənistan şərti sərhədində gedən proseslər də faktiki olaraq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam tanıması üçün əsas zəmin yaratdı. Bunun nəticəsində 2022-ci ilin oktyabrında Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıdı.
Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.
“Beləliklə, özü bəlkə də bilməyərək etiraf etdi ki, o vaxt Qarabağda yerləşən erməni silahlı birləşmələri işğalçı qüvvələrdir. Ondan sonra o bölgəni tam nəzarətə götürmək, qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək və tərk-silah etmək üçün artıq hüquqi zəmin daha da möhkəmləndi. Halbuki bu, həmişə var idi. Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. Ancaq biz hamımız onu da bilirik ki, sözdə bir şey deyilir, amma arxa qapılar arasında başqa şeylər edilir. Ona görə biz bu riyakarlıqla 30 il üz-üzə qalmışdıq, amma bu riyakarlığa Azərbaycan əsgərinin yumruğu son qoymuşdur”, – dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident sülh şəraitində hərbi gücün artırılmasının səbəblərini açıqladı - Baku TV
- İlham Əliyev 1990-cı illərin Azərbaycanından danışdı - Baku TV
- İlham Əliyev Azərbaycanın keçmiş rəhbərləri haqqında danışdı - Baku TV
- Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - Baku TV CANLI
- "Qələbələrimizin başlanğıcı YAP-ın təsis qurultayında baş verdi" | Prezidentdən tarixi dövrə baxış
