Prezident sülh şəraitində hərbi gücün artırılmasının səbəblərini açıqladı - Baku TV
Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir.
Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.
“Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır.
Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq”, – dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- YAP-ın qurultayında Azərbaycanın gələcəyi ilə bağlı vacib açıqlamalar
- İlham Əliyev 1990-cı illərin Azərbaycanından danışdı - Baku TV
- İlham Əliyev Azərbaycanın keçmiş rəhbərləri haqqında danışdı - Baku TV
- Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - Baku TV CANLI
- "Qələbələrimizin başlanğıcı YAP-ın təsis qurultayında baş verdi" | Prezidentdən tarixi dövrə baxış
