İlham Əliyev Belçikanın Baş nazirini qəbul etdi | Mühüm müzakirələr
Prezident İlham Əliyev Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb.
Qonaq Azərbaycanın COP-un təşkilində və ümumilikdə zəngin enerji sərvətlərinə malik bir ölkə kimi iqlim dəyişmələri məsələsində böyük rol oynadığını vurğulayıb.
Dövlət başçısı İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib. Prezident ölkəmizdə istehsal olunan “yaşıl enerji”nin Avropaya ixracı üçün konkret layihələrin həyata keçirildiyini bildirib. İlham Əliyev ölkəmizin də iqlim dəyişmələrinə məruz qaldığını bildirib.
Görüşdə regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.
Söhbət zamanı limanlar sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.