Siyasət
Pleyeri seçin:
İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti Filemon Yanqla görüşüb.
COP29-un yüksək səviyyədə təşkil olunduğunu bildirən Filemon Yanq Azərbaycanın yaşıl keçid və yaşıl enerji konsepsiyalarını qeyd edib.
COP prosesində artıq ilkin irəliləyişin olduğunu vurğulayan dövlət başçısı COP29-da Paris Sazişinin 6-cı bəndi və beynəlxalq maliyyə qurumlarının yeni maliyyə hədəfləri ilə bağlı açıqlamaları müsbət hal kimi qiymətləndirib.
Prezident Qlobal Cənub ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin artırılmasının vacibliyini qeyd edərək, dünyada mövcud olan geosiyasi arxitekturanın dəyişdirilməsinin və ədalətin təmin olunmasının zəruriliyini bildirib.
Kopyalandı
Seçilmişlər