Siyasət
Pleyeri seçin:

İlham Əliyev Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

14 may 2023

Prezident İlham Əliyev mayın 13-də Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçlə görüşüb.

Söhbət zamanı Azərbaycan Prezidentinin Maroş Şefçoviçlə bundan əvvəl keçirdiyi görüşləri məmnunluqla xatırlanıb.

Cənub Qaz Dəhlizinin uğurla icra olunması işinə Maroş Şefçoviçin verdiyi töhfə qeyd olunub və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri kimi onun fəal rolu vurğulanıb. Maroş Şefçoviç Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi və səmərəli fəaliyyəti ilə bağlı dövlət başçısına təbriklərini çatdırıb.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ötən ilin iyulunda ölkəmizə səfəri və bu səfər çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib.

Azərbaycan qazının Avropa İttifaqı məkanına ixracının artırılması prosesinin uğurla icra olunduğu və bu xüsusda aprel ayında Sofiyada imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan qazının Avropa məkanında daha geniş coğrafiyanı əhatə etməsinin önəmi qeyd olunub.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bərpaolunan enerji istehsalı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib, bu sahənin böyük perspektivlərə malik olduğu bildirilib. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığın uğurla davam etdiyi vurğulanıb.

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu | Asip Kayadan qardaşlıq mesajı

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu | Asip Kayadan qardaşlıq mesajı

Siyasət
31 avqust 2024
Seçicilərin sayı nə qədərdir? - Sədrdən məntəqələr barədə vacib açıqlama

Seçicilərin sayı nə qədərdir? - Sədrdən məntəqələr barədə vacib açıqlama

Siyasət
31 avqust 2024
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovdan açıqlamalar

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovdan açıqlamalar

Siyasət
31 avqust 2024
Məntəqələrdəki veb-kameralar elə seçilib ki... | Məzahir Pənahov detalları açıqladı

Məntəqələrdəki veb-kameralar elə seçilib ki... | Məzahir Pənahov detalları açıqladı

Siyasət
31 avqust 2024
Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin kimliyi açıqlandı

Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin kimliyi açıqlandı

Siyasət
31 avqust 2024
Seçkiqabağı təşviqat başa çatdı | 125 deputat yeri uğrunda...

Seçkiqabağı təşviqat başa çatdı | 125 deputat yeri uğrunda...

Siyasət
31 avqust 2024
Mehriban Əliyeva medal qazanmış İmaməddin Xəlilov və Fatih Çeliki təbrik etdi

Mehriban Əliyeva medal qazanmış İmaməddin Xəlilov və Fatih Çeliki təbrik etdi

Siyasət
31 avqust 2024
Müdafiə naziri Orduda aparılan islahatlardan danışdı

Müdafiə naziri Orduda aparılan islahatlardan danışdı

Siyasət
31 avqust 2024
Cahit Bağçı Prezident İlham Əliyevin sözlərini xatırlatdı

Cahit Bağçı Prezident İlham Əliyevin sözlərini xatırlatdı

Siyasət
31 avqust 2024
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilib

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilib

Siyasət
31 avqust 2024
Seçilmişlər
icon