Pleyeri seçin:

İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

11 fevral 2026 427 baxış

Prezident İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıx əlaqələrinin olduğunu deyərək, münasibətlərin genişləndirilməsində özünün ərəb ölkələrinə, ərəb dövlətlərinin liderlərinin isə Azərbaycana səfərlərinin rolunu qeyd edib.

Dövlət başçısı ölkəmizin islam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrə toxunub, bu xüsusda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğulayıb.

İlham Əliyev Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında yüksək səviyyədə əlaqələrin qurulduğunu deyib, Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirib.

Qonaq ilk növbədə dövlət başçısına qəbula görə minnətdarlığını ifadə edib.

Ərəb Parlamentinin prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdıraraq, regionda və dünyada sülhün bərqərar edilməsində İlham Əliyevin xüsusi rolunu qeyd edib və dünyanın onun kimi liderlərə ehtiyacı olduğunu bildirib.

İlham Əliyev xoş sözlərə və təbriklərə görə minnətdarlığını ifadə edib, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını deyib, sülh gündəliyinin irəli aparılmasında ABŞ Prezidentinin xüsusi roluna toxunub.

Qonaq ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədən Fələstin məsələsində göstərdiyi qətiyyətli dəstəyə görə dövlət başçısına ərəb xalqı adından dərin təşəkkürünü bildirib.

Görüşdə Azərbaycanla Ərəb Dövlətləri Liqasının qanunverici orqanı olan Ərəb Parlamenti arasında əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 427 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 427 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 427 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 427 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 427 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 427 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 427 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 427 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 427 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 427 baxış
Seçilmişlər
icon