İlham Əliyev “Franklin Templeton” şirkətinin rəhbərliyini qəbul etdi
Prezident İlham Əliyev yanvarın 16-da aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib.
Ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurları və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri vurğulayan Cenni Conson Azərbaycanın dayanıqlı iqtisadi artıma yönəlmiş islahatlarını və beynəlxalq arenada artan nüfuzunu təqdirlə qarşıladığını bildirib.
Qonaq bu çərçivədə “Franklin Templeton” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlıq yaratmaq məqsədilə ilkin addımların atıldığını və strateji istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarının araşdırıldığını deyib.
2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən təşkil olunan tədbirlərdə iştirakı zamanı da bu məsələlərə dair müzakirələr aparıldığını xatırladan Cenni Conson bu işbirliyinin hər iki tərəfin regional və qlobal məqsədlərinə uyğun olaraq yeni strateji perspektivlər açacağına və uzunmüddətli, səmərəli nəticələr əldə etməyə imkan yaradacağına inamını ifadə edib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın aparıcı maliyyə qurumları ilə uğurlu əməkdaşlıq təcrübəsinə toxunaraq “Franklin Templeton”la tərəfdaşlığın strateji əhəmiyyətini qeyd edib və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli mühitin mövcud olduğunu bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Yaxın Şərqdəki gərginlik müzakirə olundu | Prezidentlərdən zəng - Baku TV
- Ərdoğan İrana səsləndi | Oğul Xameneinin atasından fərqi | Tramp Putinlə danışdı - YENİ BİR SƏHƏR
- Prezident İlham Əliyev İranın yeni Ali Rəhbərini təbrik etdi - Baku TV
- Pezeşkian Əliyevə zəng etdi: Naxçıvana hücuma görə məsuliyyət kimin üzərinə düşür? - AKTUAL GÜNDƏM
- Məsud Pezeşkian İlham Əliyevə zəng edib | Tramp: "Tehranla danışıqlar olmayacaq" - YENİ BİR SƏHƏR
