İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Anım Günü – 27 sentyabr tarixində Gəncə şəhərində Memorial Kompleksin açılışında iştirak edib. 2022-ci ildə təməli qoyulmuş bu kompleks, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Gəncəyə endirdiyi raket zərbələrinin qurbanı olmuş günahsız mülki şəxslərin xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Açılış zamanı dövlət başçısı Memorial lövhənin önünə əklil qoyub və saat 12:00-da şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Kompleks raketin yerdə buraxdığı izi (krateri) simvolizə edən spiralvari formaya malikdir və 4 hektar ərazini əhatə edir. Qeyd edək ki, Vətən müharibəsi dövründə Gəncəyə endirilən raket zərbələri nəticəsində 26 mülki şəxs, o cümlədən 6 uşaq həlak olmuşdu.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV
- İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV
- Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV
