Siyasət
Pleyeri seçin:

İlham Əliyev Gəncəyə səfər edib

09 aprel 2024

Prezident İlham Əliyev Gəncə şəhərində səfərdə olub.

Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident Gəncədə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, Qərb bölgəsində ilk dəfə Gəncəndə salınan Ekoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir.

Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılıb.

Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında da iştirak edib. Dövlət başçısının müvafiq sərəncamına əsasən, inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb.

Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb.

Daha sonra Prezident İlham Əliyev Gəncə şəhər stadionunun təməlini qoyub. Bildirilib ki, 1964-cü ildə istismara verilən stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.

Prezidentin müvafiq sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün ilkin olaraq bir milyon manat ayrılıb.

Stadionun layihələndirmə işləri artıq başa çatdırılıb. Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq.

İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

Siyasət
21 dekabr 2024
Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Siyasət
21 dekabr 2024
Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Siyasət
21 dekabr 2024
İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

Siyasət
21 dekabr 2024
Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Siyasət
21 dekabr 2024
İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

Siyasət
21 dekabr 2024
İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

Siyasət
21 dekabr 2024
İlham Əliyev Azərbaycanın D-8-ə üzvlüyünü dəstəklədiyinə Ərdoğana təşəkkür etdi

İlham Əliyev Azərbaycanın D-8-ə üzvlüyünü dəstəklədiyinə Ərdoğana təşəkkür etdi

Siyasət
20 dekabr 2024
Paşinyan iddialarından nə vaxt əl çəkəcək? | Sülh prosesində qəbuledilməz yanaşma

Paşinyan iddialarından nə vaxt əl çəkəcək? | Sülh prosesində qəbuledilməz yanaşma

Siyasət
20 dekabr 2024
Fransa növbəti dəfə ermənilərə qucaq açdı | Maraqlı məqamlar üzə çıxdı

Fransa növbəti dəfə ermənilərə qucaq açdı | Maraqlı məqamlar üzə çıxdı

Siyasət
20 dekabr 2024
Seçilmişlər
icon