Pleyeri seçin:

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul etdi

11 iyul 2025 520 baxış

Prezident İlham Əliyev iyulun 11-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.

Dövlət başçısı Mariam Kvrivişviliyə nazir təyin olunması münasibətilə təbriklərini çatdıraraq, onun vəzifəsinin icrasına başlamasından qısa müddət sonra ölkəmizə səfərini sıx əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirib.

Qonaqpərvərliyə və təbriklərə görə minnətdarlığını bildirən Mariam Kvrivişvili dövlət başçısı ilə görüşdən şərəf hissi keçirdiyini deyib.

Azərbaycan Prezidenti Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra İrakli Kobaxidzenin bu ilin yanvarında ilk xarici səfərini ölkəmizə etməsini məmnunluqla xatırlayaraq, bunun Azərbaycanla Gürcüstan arasında dostluğun və qardaşlığın nümunəsi olduğunu deyib.

Prezident İlham Əliyevin qlobal lider olduğunu vurğulayan Mariam Kvrivişvili dövlət başçısının Gürcüstanda dost kimi qəbul olunduğunu qeyd edib.

Söhbət zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrimizin geniş gündəliyinin olduğu vurğulanıb, Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat sahələrində qurulmuş əməkdaşlığın və həyata keçirilən birgə layihələrin yalnız ölkələrimiz deyil, daha geniş region üçün strateji əhəmiyyət kəsb etdiyi qeyd olunub. Bağlantı, enerji, ticarət, sərmayələr və digər sahələrdə ikitərəfli və çoxtərəfli formatda daha sıx əməkdaşlıq həyata keçirilməsinin önəminə toxunularaq, müxtəlif istiqamətlərdə münasibətlərimizin genişlənəcəyinə ümidvarlıq bildirilib.

Görüşdə Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşı olduğu vurğulanıb, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcudluğuna toxunulub, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Banner
XTQ-nin düşmən arxasındakı manevri - QARABAĞ XRONİKASI

XTQ-nin düşmən arxasındakı manevri - QARABAĞ XRONİKASI

Siyasət
17 oktyabr 2026 520 baxış
Paşinyan Sadır Japarovla nələri müzakirə etdi? | İrəvandan sülhlə bağlı açıqlama - Baku TV CANLI

Paşinyan Sadır Japarovla nələri müzakirə etdi? | İrəvandan sülhlə bağlı açıqlama - Baku TV CANLI

Siyasət
17 oktyabr 2026 520 baxış
İlham Əliyev Sərəncam imzaladı | Valeh Ələsgərov təltif edildi - Baku TV

İlham Əliyev Sərəncam imzaladı | Valeh Ələsgərov təltif edildi - Baku TV

Siyasət
17 oktyabr 2026 520 baxış
Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?

Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?

Siyasət
17 oktyabr 2026 520 baxış
Xəzərin dibindən Avropaya rəqəmsal marşrut

Xəzərin dibindən Avropaya rəqəmsal marşrut

Siyasət
17 oktyabr 2026 520 baxış
1222 nəfərlik Ağudiyə nə oldu? | Azərbaycanlılar necə qovuldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

1222 nəfərlik Ağudiyə nə oldu? | Azərbaycanlılar necə qovuldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
17 oktyabr 2026 520 baxış
Azərbaycan məlumat tranzitində yeni mərkəz olacaq? - Baku TV

Azərbaycan məlumat tranzitində yeni mərkəz olacaq? - Baku TV

Siyasət
17 oktyabr 2026 520 baxış
Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV

Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV

Siyasət
17 oktyabr 2026 520 baxış
Paşinyan və Japarov arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV CANLI

Paşinyan və Japarov arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV CANLI

Siyasət
17 oktyabr 2026 520 baxış
Ermənistanın Amasiya kəndində Azərbaycan irsinin izləri | Kəndin keçmişi hansı faktları üzə çıxarır?

Ermənistanın Amasiya kəndində Azərbaycan irsinin izləri | Kəndin keçmişi hansı faktları üzə çıxarır?

Siyasət
16 oktyabr 2026 520 baxış
Seçilmişlər
icon