Pleyeri seçin:

İlham Əliyev İranın yol və şəhərsalma naziri ilə nələri müzakirə etdi?

08 aprel 2025 730 baxış

Prezident İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi qəbul edib.

İlham Əliyev son dövrlərdə Azərbaycanın və İranın yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşımasını məmnunluqla qeyd edərək, bunun ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaratdığını deyib.

Dövlət başçısı Fərzanə Sadiqin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirib və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün vacib layihələrin olduğunu qeyd edib.

Qonaq ilk növbədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb.

İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

İranın ölkəmizlə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən Fərzanə Sadiq xalqlarımızın tarixi, mədəni, dini və qohumluq əlaqələrinin olduğunu bir daha vurğulayıb.

Qonaq qeyd edib ki, İran Prezidentinin ölkəmizə planlaşdırılan səfəri öncəsi Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

İlham Əliyevin çıxışında Azərbaycanın gələcəyi ilə bağlı hansı məqamlar vurğulanıb? - Baku TV

İlham Əliyevin çıxışında Azərbaycanın gələcəyi ilə bağlı hansı məqamlar vurğulanıb? - Baku TV

Siyasət
02 oktyabr 2026 730 baxış
Putindən “Valday”dakı çıxışında Azərbaycanla bağlı vacib açıqlama - Baku TV

Putindən “Valday”dakı çıxışında Azərbaycanla bağlı vacib açıqlama - Baku TV

Siyasət
02 oktyabr 2026 730 baxış
Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV

Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV

Siyasət
02 oktyabr 2026 730 baxış
Şad xəbər: Tbilisiyə qatar bileti ucuzlaşdı | Bakıda daha bir yol təmirə bağlanır - YENİ BİR SƏHƏR

Şad xəbər: Tbilisiyə qatar bileti ucuzlaşdı | Bakıda daha bir yol təmirə bağlanır - YENİ BİR SƏHƏR

Siyasət
02 oktyabr 2026 730 baxış
Üç ölkənin hərbi imkanları eyni təlimdə nümayiş etdirildi - Baku TV

Üç ölkənin hərbi imkanları eyni təlimdə nümayiş etdirildi - Baku TV

Siyasət
02 oktyabr 2026 730 baxış
“İstifadəyə verilməsinə az vaxt qalıb” | İlhami Keleş fabriklə bağlı detalları açıqladı - Baku TV

“İstifadəyə verilməsinə az vaxt qalıb” | İlhami Keleş fabriklə bağlı detalları açıqladı - Baku TV

Siyasət
01 oktyabr 2026 730 baxış
İki ölkənin dövlət qurumları arasında zəruri təmaslar davam edir - Baku TV

İki ölkənin dövlət qurumları arasında zəruri təmaslar davam edir - Baku TV

Siyasət
01 oktyabr 2026 730 baxış
Eyni meydanda birləşən orduların hazırlığı sınaqdan keçirildi - Baku TV

Eyni meydanda birləşən orduların hazırlığı sınaqdan keçirildi - Baku TV

Siyasət
01 oktyabr 2026 730 baxış
Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir? - Baku TV

Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir? - Baku TV

Siyasət
01 oktyabr 2026 730 baxış
Paşinyan Azərbaycanla sülh prosesində növbəti mərhələdən danışdı - ANA XƏBƏR

Paşinyan Azərbaycanla sülh prosesində növbəti mərhələdən danışdı - ANA XƏBƏR

Siyasət
01 oktyabr 2026 730 baxış
Seçilmişlər
icon