Pleyeri seçin:

İlham Əliyev Nepal Prezidenti Ramçandra Paudel ilə görüşdü

14 noyabr 2024 306 baxış

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.

COP29-un yüksək səviyyədə keçirildiyini deyən Ramçandra Paudel ölkəmizə səfəri zamanı Azərbaycan mədəniyyəti ilə tanış olduğunu məmnunluqla qeyd edib. O, ümidvar olduğunu bildirib ki, COP29 Nepal kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alacaq.

Azərbaycan ilə Nepal arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan ali qonaq beynəlxalq təşkilatlarda, həmçinin iqlim dəyişmələri və davamlı inkişaf məsələlərində əməkdaşlığımıza toxunub.

Nepal Prezidenti Azərbaycanda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığını deyib. O, ölkəsinin uzun keçid prosesindən sonra davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək xarici sərmayədarları dəvət etmək istədiklərini vurğulayıb, turizm və hidroenergetika sahələrinin önəminə toxunub.

Ramçandra Paudel bildirib ki, Nepalın karbon emissiyası az olsa da, onlar iqlim dəyişmələrinin mənfi fəsadları ilə üzləşirlər. Azərbaycan və Nepal prezidentlərinin ilk görüşünün tarixi əhəmiyyətini qeyd edən dövlət başçısı bu görüşün əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirib.

Azərbaycan Prezidenti iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəminə toxunub.

Söhbət zamanı BMT və bir sıra digər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstək, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, həmçinin Azərbaycanın COP sədrliyi dövründə iqlim dəyişikliyi mövzusunda işbirliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nepal Prezidenti dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib. Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.

Nepal Prezidenti dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI

Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI

Siyasət
10 avqust 2026 306 baxış
"Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA

"Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA

Siyasət
10 avqust 2026 306 baxış
İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM

İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM

Siyasət
10 avqust 2026 306 baxış
İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

Siyasət
10 avqust 2026 306 baxış
"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

Siyasət
10 avqust 2026 306 baxış
Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Siyasət
10 avqust 2026 306 baxış
Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Siyasət
09 avqust 2026 306 baxış
ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

Siyasət
09 avqust 2026 306 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Siyasət
08 avqust 2026 306 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Siyasət
08 avqust 2026 306 baxış
Seçilmişlər
icon