İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında siyasi dialoqdan məmnunluq ifadə olunub.
Petr Fiala Azərbaycanla Çexiya arasında münasibətlərin strateji xarakter daşıdığını, əlaqələrimizin çox möhkəm təməllər əsasında qurulduğunu bildirib. Qeyd edib ki, Çexiya Azərbaycanla münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir.
Azərbaycan-Çexiya əlaqələrinin dinamik surətdə inkişaf etdiyini deyən dövlət başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu bildirib.
Görüşdə Azərbaycanla Çexiya arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan neftinin Çexiyaya ixrac edildiyi, həmçinin qaz sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulanıb. Azərbaycan qazının artıq Çexiyanın qonşu ölkələrinə ixracının təmin edildiyi bildirilərək, Çexiyaya ixrac üçün də yaxşı imkanların olduğu qeyd edilib.
Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, Çexiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunulub, siyasi, iqtisadi, ticarət, investisiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlət başçısını təbrik edən Petr Fiala dəvətə görə təşəkkürünü bildirib və bu tədbirdə məmnunluqla iştirak edəcəyini vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV
- İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV
- Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV
