Pleyeri seçin:
İlham Əliyev Pakistanda dövlət səfərindədir
Prezident İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib.
Dövlət başçısına xüsusi hörmət əlaməti olaraq onun təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, toplardan yaylım atəşi açılıb.
İlham Əliyevi Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.
Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşüblər.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev Abşeronda açılışda iştirak etdi
- Prezidentin açılışını etdiyi "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzi barədə detallar - Baku TV
- İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi - Baku TV
- Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksində
- "İş yerləri açılmalı, dolanışıq yaxşı olmalıdır" | Prezident ölkənin inkişafından danışdı - Baku TV
